Son dəqiqə
9-03-2020, 08:18
680

Bu il Azərbaycanda meyvə-tərəvəz istehsalında qıtlıq olacaqmı?

Bu il Azərbaycanda meyvə-tərəvəz istehsalında qıtlıq olacaqmı?

“Bu ilin yaz-yay aylarında meyvə istehsalında 5-6%-lik, tərəvəz istehsalında isə 10%-dən çox artım proqnozlaşdırılır”.

Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə bildirib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri əkin sahələrində monitorinqlər aparırlar: “Hesablamalara əsasən bu ilin yaz-yay mövsümündə tərəvəz istehsalında artım proqnozlaşdırılır. Çünki yazlıq tərəvəzlərin əkin sahəsi genişlənir. Belə ki, payızda əkilən yazda yetişən kartof, soğan kimi tərəvəzlərin yazlıq əkin sahələri genişlənib”.

F.Fikrətzadə yaz-yay aylarında gözlənilən mövsümlük meyvə istehsalı ilə bağlı danışarkən qeyd edib ki, fevral ayında havanın temperaturunda anormal istilik müşahidə edildi: “Mütəxəssislər hesab edirlər ki, qış aylarında havanın temperaturu iqlim normasından yüksək olması, yəni həddindən çox anormal isti hava şəraitinin olması ağacların tez çiçəkləməsinə səbəb olur.

Mart ayının əvvəllərində müşahidə edilmiş yağış, külək və soyuq hava temperaturu ağacların çiçəklənməsinə və tozlanmasına mənfi təsir edə bilər. Bu isə məhsuldarlığa öz təsirini göstərə bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ölkədə meyvə bağları genişləndirilir. Genişləndirilmiş meyvə bağlarının çox hissəsi məhsul verən yaşa çatır. Həmçinin, meyvə bağlarına bütün aqro-texniki normalara uyğun qulluq edilir. Bu baxımdan bu il yaz-yay mövsümündə ölkənin meyvə istehsalında 5-6%-lik artım proqnozlaşdırırıq”.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanda 335,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,2% çoxdur.

Hesabat dövründə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 12,5% artaraq 15 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 320,3 milyon manat olub.

XeberTv.info

Digər xəbərlər

Aytən Səfərova ilə bağlı yeni xəbər
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
Gecə süd verib səhər deyiblərki gəl ölüsünü apar.
Bakıda itkin düşən yeniyetmə oğlan axtarılır - FOTO
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
Qondarma rejimin “Müdafiə naziri” döyüşlərdə yaralandı
Bu gün Azadlıq meydanında Qələbə paradı keçiriləcək
Anım günü Şəkidə böyük izdihamla qeyd olunub
Ödənişli təhsil alanlara güzəşt ediləcək?
Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Çempionlar liqasında 5-ci tura yekun vuruldu: Nəticələr
Duma prezidentlik müddətinin ləğv olunmasını qəbul etdi
Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT
İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
Türkiyə və Rusiya prezidentlərinin görüşü nə vaxt keçiriləcək?
Günün qoroskopu - 22.03.2020
Saatlıda toy edənlər saxlanılıb
“Hraparak”: “Aksiyaları dağıdan maskalılar polis yox, oliqarxların mühafizəçiləri idi”
Şabrandakı eybəcərlik elə ilk addımdaca GÖZƏ GİRİR... -
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun apelyasiya şikayəti təmin edilməyib
Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar -
“Turan”ın sabiq prezidenti vəfat etdi
Qarabağlı ermənilərin "ordu"su ləğv edilir
Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
Prezident düşmənin məhv edilən texnikasının siyahısını açıqladı
Eldəniz Səlimov YAP-dan çıxarıldı
{sape_links}{sape_article}