Son dəqiqə
11-03-2020, 15:39
705

Bakıda "Nəqliyyat B2B Forumu" keçirilib

Bakıda "Nəqliyyat B2B Forumu" keçirilib

Bu gün “Caspian European Club”un təşkilatçılığı ilə Bakıda “Nəqliyyat və logistika” mövzusuna həsr olunmuş “B2B Forum Baku” keçirilib.

XəbərTv.info-nun APA-ya istinadən verdiyi məlumata görə, forum çərçivəsində “ADY Konteyner” MMC, “ASE ASIA SKY Express”, “Hellmann Worldwide Logistics”, “LV Caspian Shipping” şirkətlərinin nümayəndələri qısa təqdimatla çıxış edərək fəaliyyətləri barədə danışıblar.

Tədbirdə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyinin nümayəndələri, həmçinin diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin top-menecerləri və ekspertlər iştirak ediblər.

Forum “Caspian European Club” tərəfindən beynəlxalq biznes-netvorkinq üçün yaradılmış unikal platformadır. Forum çərçivəsində biznes təmsilçiləri qısa təqdimatlar keçirir və fəaliyyətləri barədə məlumat verirlər.

Bakı, Almatı və Tbilisidə hər ay keçirilən B2B forum qeyri-rəsmi şəraitdə ünsiyyət və Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələrin qurulması üçün əlavə platformadır.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.


Digər xəbərlər

TƏBİB: “Vaksinin yaratdığı immunitet müddəti minimum 1 ildir”
Daha bir aviaşirkət Rusiyanın üç şəhərindən Bakıya uçuşlara başlayır
Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı
Deputat: “Dövlətin xarici borclanmaya getməsi pis hadisə deyil”
Bakı ilə Yerevana qaytarılan hərbi əsirlərin sayı açıqlandı
Bu gündən dörd şəhər, bir rayonda məktəblər bağlandı
İcra başçısının qardaşı qətlə yetirilib? - Oğlu saxlanıldı
Ağstafada polisə zor tətbiq edən şəxs tutuldu
Gürcüstanda azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub
Əhməd Əhmədzadənin yerinə iddialı şəxs kimdir? — Oğlunun bahalı avtomobil kolleksiyası...
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada səsvermə keçirilir
Yeni erməni nazirin təyinatından öncəki müsahibəsi gündəm oldu - Video
Nəcməddin Sadıkov hara yoxa çıxıb? - VİDEO
Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var
Qubadlıdakı DSX hərbi hissəsinin binası İcra Hakimiyyətinə aid deyil
FHN-dəki 1,4 milyonluq yeyintinin izi ilə...
Ağstafa İcra Hakimiyyətinin 200 minlik ŞÜBHƏLİ TENDERİ -
“Golden Kids Fashion” adlı təşkilat qanunsuz əməllərini davam etdirir... - Onlara "dur!" deyən tapılacaq?
“Eurohome” yanır
1 həftə vaxtı olan Muxtar müəllim özünü doğrulda biləcəkmi?
Naumov: “Azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən çılpaq, ayaqyalın qaçırdı”
Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilib
Nazarbayev İlham Əliyevə təbrik məktubu göndərdi
Yeni stansiyaya Polad Həşimovun adının verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur
Yeni virus yayılır: Göy öskürək kabusu...
Qurban Yetirmişli: “İlk dalğa güclü oldu, afterşoklar olacaq”
Anar Quliyevlə Namiq Hümmətov Abutalıbova rəhmət oxudur
Prezident naziri küçənin ortasında döydü - VİDEO
{sape_links}{sape_article}