Son dəqiqə
19-03-2020, 13:10
820

AMB: Banklara daxil olan nağd pulların koronavirusa görə təkrar tədavülə buraxılmaması tapşırılıb

AMB: Banklara daxil olan nağd pulların koronavirusa görə təkrar tədavülə buraxılmaması tapşırılıb

Azərbaycan hökuməti tərəfindən koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən də daimi əsasda müvafiq addımlar atılır.

XəbərTv.info "APA-Economics"ə istinadə bildirir ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən tədavüldə təmiz pul siyasətinə uyğun olaraq kommersiya banklarına qarşı xüsusi tələblər müəyyən edilib, onlara daxil olan nağd pul nişanlarının təkrar tədavülə buraxılmaması və müvafiq standartlara uyğun emaldan keçirilməsi üçün Mərkəzi Banka təhvil verilməsi tapşırılıb.

Bu qaydalara uyğun olaraq kommersiya bankları tərəfindən Mərkəzi Banka təhvil verilən pul nişanları, eləcə də kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanları yığılaraq Mərkəzi Bankın xəzinələrində xüsusi ayrılmış yerlərdə saxlanılır. Bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilib və sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiya olunur.

Dövriyyəyə yararlı pul nişanları təkrar dövriyyəyə buraxılmamışdan əvvəl Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə müxtəlif tozlardan təmizlənərək, eləcə də xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan və yüksək temperatur rejiminə malik sistemlərdən keçməklə çirklərdən sterilizasiya olunur.

Bununla belə, bank sistemindən kənarda əhəmiyyətli həcmdə nağd pul kütləsi dövr etdiyi üçün bu pul nişanları da koronavirus infeksiyası baxımından potensial risk mənbəyi ola bilər. Bununla əlaqədar infeksiyaya yoluxma risklərinin minimallaşdırılması məqsədilə Mərkəzi Bank əhaliyə, eləcə də biznes subyektlərinə nağd puldan istifadəni maksimal məhdudlaşdırmağı və nağdsız ödənişlərə (elektron və mobil bankçılıq, ödəniş kartları, o cümlədən təmassız ödəniş alətləri vasitəsilə) böyük üstünlük verməyi tövsiyə edir.

Digər xəbərlər

Maklerlər büdcəni milyonlarla manatdan məhrum edir – Ekspert (VİDEO)
Bakıda onlarla əməkdaşın maaş kartlarını ələ keçirən vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Evlər ucuzlaşmağa başlayıb
Azərbaycanda Ermənistan siqareti satılır? - Gömrük Komitəsindən AÇIQLAMA
Sərvəti 200 mlrd dolları ötən ilk milyarder oldu
Ermənilər öz çirkin məqsədləri naminə Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - ŞƏRH
İlham Əliyev bir sıra açılışlarda iştirak edib - VİDEO
Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb
Şirvanda yataqxanada yanğın olub: iki azyaşlı ölüb
Tovuzda piyadanı öldürən sürücü hadisə yerindən qaçdı
DİN: Açıq havada siqaret çəkənlər 100 manat cərimələnəcək
İlham Əliyev büdcə təşkilatlarında işləyənlərin və təhsil işçilərinin maaşlarını artırdı
ANAMA-nın əməkdaşı minaya düşdü
Ukraynada müharibə bu il bitə bilər? - RƏY
28 il öncə əsir düşmüş hərbçimiz tapılıb? - AÇIQLAMA
Milyarder Fərhad Əhmədov: “Rusiya ancaq Azərbaycanı dəstəkləyərək Cənubi Qafqazda möhkəmlənə bilər”
Putin Əliyev və Paşinyana zəng edib
ANAMA: Tovuz və Qazaxda 14 əməliyyat keçirilib
Bakıda havada tozun miqdarı normadan artıqdır
`İslahatçı` icra başçısı əlilə MÜHARİBƏ ELAN EDİB -
Yardım aparıb, şəkil çəkənlər artistlik edir, bu, adamları sındırmaqdır... (SORĞU)
Müharibə veteranlarının müavinətləri BU QƏDƏR olacaq! - VİDEO
Əli Həsənovun biznes imperiyası: Vəzifədən getsə də...
Rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir
Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var
Telefona gələn bu SMS-lər dərhal silinməlidir
Məşhur generalın qudası həbs edildi
Ermənistan yolayrıcında: Yeni baş nazir kim olsun?
Xalqın sevgisini hər şeydən üstün tutan bizim Mehriban xanım - FOTO
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konserti Şuşada keçiriləcək
{sape_links}{sape_article}