Son dəqiqə
2-04-2020, 09:28
1 994

Kəlbəcərin işğalından 27 il keçir

Kəlbəcərin işğalından 27 il keçir

Ermənistan silahlı qüvvələri 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunu işğal edib.

Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayonun 3 Milli Qəhrəmanı var. Bu işğaldan sonra 3205 saylı iclasda BMTTəhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Hazırda Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

Kəlbəcər dünyanın ən qədim insan məskənlərindən biridir. Rayonun ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri tapılıb. "Soltan Heydər", "Turşsu", "Gəlinqayası", "Böyükdəvəgözü"ndəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edirdi.

Bu rayon öz ərazisində, həm də alban dövrünə aid xeyli tarixi abidəni qoruyub saxlayırdı: Xudavənd məbəd kompleksi, "Laçınqaya". Kəlbəcər şəhərindəki bir çox abidələr işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 m² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.

İşğalda yüksək dağ zirvələri, 30 min hektara yaxın meşə sahəsi düşmən əlinə keçib, ümumilikdə 144 kənd, 1 şəhər, 1 şəhərtipli qəsəbə, 13 minədək fərdi mənzil talan edilib, 87 tarixi abidə dağıdılıb, 29 sənaye, tikinti, 134 mədəni məişət obyekti yandırılıb. Əhali min illər boyu yaşadığı ata-baba torpaqlarından qovulub, dinc insanlara divan tutulub. Bu işğalla qızıl, xrom, sənaye əhəmiyyətli civə ehtiyatları, mineral suları da düşmənin əlinə keçib.

Qeyd edək ki, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.

XeberTv.info

Digər xəbərlər

Azərbaycanda hansı sahələrdə iş bərpa olunur?
Paşinyan: "Tutduğum bu postu yalnız xalqın qərarı ilə tərk edə bilərəm"
Bakıya avtobusun “baqaj”ında keçmək istəyənlər belə saxlanıldı - VÏDEO
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsindən getdi
Nazir PUA-lara baxış keçirdi - FOTOLAR
Ermənistanın kamikadze-dronu dəqiq zərbə ilə məhv edildi
2 saylı İstintaq Təcridxanasının rəis müavini keyf edir-VİDEO
Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib
Ana və 8 aylıq qızının qətlinin təfərrüatı bəlli oldu -
İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak etdi
DİM sədrindən kolleclərə və rezidenturaya qəbulla bağlı AÇIQLAMA
Bank Respublika kredit faizlərini 15.9%-ə endirdi!
ABŞ İran silahlarını ələ keçirdi - Dənizdə gərginlik...
Tovuzun icra başçısı SAKİNLƏRƏ QARŞI... - VİDEO
Gəmi yanğınında yaralananlardan biri dünyasını dəyişdi
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Zəngilanın Cahangirbəyli kəndindən görüntülər - VİDEO
7 yaşlı qızı avtomobil vurdu
Cəbrayılın Hovuslu kəndindən yeni görüntülər - VİDEO
Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri -
Binəqədidə “ayıq sürücü” müştərini döyüb, ona bıçaqla hucum edib
Düşmən qruplaşması mühasirəyə alındı - RƏSMİ
Səidə Sultan əsəbləşdi: "Siz kimsiniz?"
Bakı şəhərində bu ilin 9 ayı üzrə yol qəzalarında 131 nəfər ölüb
İsrail Prezidentinin Türkiyəyə gəldiyi təyyarədə diqqət çəkən detallar
Vətən müharibəsinin başlamasından bir il ötür
Əri döydüyü üçün polis şöbəsinə şikayətə gəlibmiş
Dünyanı şoka salan fırıldaqçılıq - Hamı bu rus qızdan danışır
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
{sape_links}{sape_article}