Son dəqiqə
30-04-2019, 22:21
906

Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq

Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq


Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub.

Beş.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik olmadığını qeyd edib: "Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur".

İlham Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq:

"Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək", - deyə Prezident vurğulayıb.

Digər xəbərlər

General Rüstəm Muradov haqqında 5 maraqlı FAKT
Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
2021-ci ilin əsas qlobal riskləri açıqlandı
Babasını bıçaqlayan 14 yaşlı qız hərəkətləri ilə təəccübləndirdi -
Ağsuda gənc ana intihar etdi
Bu tarixlərdə regiondan paytaxta geri qayıtmaq mümkün olacaq
Paşinyan özünü təcrid etdi
Nərimanov İcra Hakimiyyətinin şöbə müdiri ad günündə özünü asdı
Bakıda “Vor Mahir” saxlanıldı
Məşhur futbolçu həbs edildi
Vasif Talıbovdan gözlənilməz addım – Bunu niyə etdi?
On il əmisi arvadı ilə intim əlaqədə olan gənc hamamda... – Bakıda görünməmiş olay
Dəhşətli terror aktını törədən şəxs 46 il sonra saxlanıldı
“Yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçib Qarabağa gedə bilərlər...”
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Oktay Əliyev vəfat edib
Sumqayıtda iki minik avtomobili toqquşub, yeddi nəfər xəsarət alıb
İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-yə 20 milyon manat ayırdı - SƏRƏNCAM
Azərbaycanlı kişi oriental rəqqas qadınlara meydan oxudu: şok
Bakı - Xırdalan - Sumqayıt qatarı yenidən xəttə buraxılır
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdiriləcək
Vulkanizasiyaya çevrilən nəşriyyat...
İcra başçısının oğlunun üç şirkəti üzə çıxdı
Yarım milyonluq oğurluq: Əmisinin evindən oğurladıqlarını mərcdə uduzdu
Sabahdan birinci siniflərə şagird qəbulu başlayır
Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Son sutkada koronavirusdan 41 nəfər vəfat edib
Ziba Osmanova iki azyaşlını maşınla vurdu
DİN: Hökməlidə hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib
Yaponiyanın yeni Baş naziri məlum oldu