Son dəqiqə
27-04-2020, 12:14
675

Azərbaycanda “EY İlin iş adamı” müsabiqəsinin qalibi elan edildi - FOTO

Azərbaycanda “EY İlin iş adamı” müsabiqəsinin qalibi elan edildi - FOTO


“EY Azərbaycan” tərəfindən Azərbaycanda ilk dəfə olaraq keçirilən “EY İlin iş adamı™” müsabiqəsinin qalibi elan edilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə keçirilən “EY İlin iş adamı” müsabiqəsinə BP və “Azərbaycan Beynəlxalq Bankı” sponsor dəstəyi göstərib.

Müsabiqənin qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti seçib. Müsabiqəyə kənd təsərrüfatı, mebel, tikinti, dəmir məmulatları, boru, şüşə istehsalı, neft-qaz sənayesi, onlayn biznes və s. sahələrdə fəaliyyət göstərən onlarla kiçik və orta sahibkar müraciət edib.

Qalib seçim mərhələsindən keçən və sahibkarlıqda liderlik keyfiyyətləri nümayiş etdirən 12 güclü namizəd arasından müəyyənləşib.

Koronavirusla əlaqədar olaraq mükafatlandırma mərasimi onlayn formatda keçirilib.

Müsabiqə iştirakçılarının müraciətlərini hərtərəfli qiymətləndirdikdən sonra münsiflər fərqli kateqoriyalar üzrə nominantları elan ediblər. Beləliklə, aqrar sahədə dayanıqlı inkişaf kateqoriyasında “Geotelmal Aqro” şirkətindən Rasim Əliyev, regional inkişaf nominasiyasında “Woodpecker” şirkətindən Əliyar Əliyev, innovasiyalar kateqoriyası üzrə “GoldenPay” şirkətindən Fərid İsmayılzadə və sosial təsir nominasıyası üzrə “Prometal” şirkətindən Rüfət Əzizov təltif olunublar.

“HORECA” şirkətinin təsisçisi və rəhbəri Rəşxan Qaraşlı isə “EY İlin iş adamı” müsabiqəsinin qalibi elan olunub. O, “İlin iş adamı” müsabiqəsinin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edərək, dünyanın ən yenilikçi iş adamları ilə mübarizə aparacaq.

“Müsabiqəni təşkil etdiyi üçün EY şirkətinə və tərəfdaşlarına minnətdarlığımı bildirirəm. Bu müsabiqə müəssisələrin daha çox uğur qazanması üçün stimul yaradır. Ümid edirəm ki, bir çox startap şirkətləri gələcəkdə bu yarışda iştirak edəcək və bu, onlara bazarda layiqli yer tutmalarına kömək edəcək. Biz də artıq müəyyən dərəcədə tanınan bir şirkət kimi yerli bazarda ilk addımlarını atan yeni şirkətlərə dəstək olmağa hazırıq”, - deyə R.Qaraşlı bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib:

“Azərbaycanda ilk dəfə olaraq keçirilən “EY ilin iş adamı” müsabiqəsinin mükafatlandırma mərasiminin ölkəmizdə 25 aprel “Sahibkarlar Günü”nə təsadüf etməsi əlamətdar haldır. Müsabiqə dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq platformasıdır və sahibkarlıq düşüncə tərzinin təşviq edilməsi və sahibkarların motivasiya edilməsi baxımından əlverişli imkan yaradır.

KOBİA bu tədbirin hər il təşkil edilməsini sahibkarlığın inkişafı istiqamətində əhəmiyyətli təşəbbüs kimi dəstəkləyir, müasir dövrün çağırışlarına uyğun olaraq yeni sahibkarlıq rol modelinin formalaşdrılması üçün birgə əməkdaşlığı zəruri hesab edir”.

“EY Azərbaycan” şirkətinin idarəedici partnyoru İlqar Vəliyev qeyd edib:

“Ölkəmizdə uğurlu iş adamlarının sayı az deyil, lakin həqiqətən, təqdirəlayıq bir şirkət yaratmaq üçün siz gözlənilməz halları aradan qaldırmağı və müxtəlif çətinliklərlə üzləşməyi bacarmalısınız.

Əminəm ki, məqsədyönlü və çeviklik nümayiş etdirən sahibkarlarımız bu böhrandan sonra ayağa qalxa biləcək və yaşanan çətinliklərə baxmayaraq yenilik və inkişafı dəstəkləməyə davam edəcəklər. EY şirkəti kiçik və orta sahibkarlığın inkişafına töhfə verən 2020-ci ilin “EY İlin iş adamı” müsabiqəsinin təşkilindən qürur duyur”.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib:

“Yerli müəssisələrin sahibkarlıq uğurlarını və böyümək üçün atdıqları addımları tanıyan “EY İlin iş adamı” müsabiqəsinin məqsədi bizim yerli tədarük zəncirinin inkişafına kömək etmək səylərimizlə tam uyğundur.

Bu mötəbər müsabiqəni dəstəkləməyə imkan yaratdığı üçün EY şirkətinə təşəkkürümü bildirirəm və dünyanın ən güclü sahibkarları arasında Azərbaycanın nümayəndəsini də görməyi səbirsizliklə gözləyirəm”.

“Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:

“Ölkəmizdə ilk dəfə olaraq “EY İlin iş adamı” müsabiqəsinin keçirilməsi çox gözəl bir təcrübədir. Bu, iş adamları üçün faydalı olacaq, onlara öz potensiallarını reallaşdırmaqda kömək göstərəcək.

Biz də “Azərbaycan Beynəlxalq Bankı” olaraq bu müsabiqə layihəsinə məmnuniyyətlə sponsorluq dəstəyi göstərdik. Çünki real sektorun inkişafı, eləcə də kiçik və orta sahibkarlığın inkişafına dəstək bizim üçün vacib istiqamətlərdən biridir.

“Azərbaycan Beynəlxalq Bankı” bu yöndə ardıcıl tədbirlər həyata keçirir. Bank iş adamlarını bir araya gətirmək üçün hətta özünün “Sahibkarlar Klubu”nu da yaradıb. Biz hər zaman sahibkarlarımızın yanındayıq”.

“İlin İş Adamı” müsabiqəsi haqqında

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin iş adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY İlin iş adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını təşviq etməkdir.

Öz sahəsində, ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY İlin iş adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.


Azərbaycanda “EY İlin iş adamı” müsabiqəsinin qalibi elan edildi - FOTO
Azərbaycanda “EY İlin iş adamı” müsabiqəsinin qalibi elan edildi - FOTO
Azərbaycanda “EY İlin iş adamı” müsabiqəsinin qalibi elan edildi - FOTO

Digər xəbərlər

Düşmən Goranboy, Tərtər və Ağdamı atəşə tutur
Oqtay Əsədovun həyat yoldaşının şirkəti ötən il 14 milyon gəlir əldə edib (FOTOFAKT)
Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanılır
“Belə çıxır ki, dövlət orqanları pullu xidmət göstərir”
Xaçmazda 36 yaşlı kişi güllələndi
Araik Arutyunyan vəzifəsindən azad edildi
Adı qumarda hallanan Fərahil Qəhrəmanovun növbəti qəhrəmanlıqları...
Tramp Ağ Evlə vidalaşdı - VİDEO
Stresə qalib gəlmək üçün bunları edin - Nevroloqdan MƏSLƏHƏTLƏR
Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub
Haitinin prezidenti güllələndi
Azərbaycanda indiyədək 3138 nəfər koronavirusa yoluxub, 1944 nəfər sağalıb, 36 nəfər vəfat edib
3 nəfərdə mobil telefon aşkarlandığı üçün qəbul imtahanından xaric olunub
Pirallahıda iki narkotacir saxlanıldı
Ərdoğan İranda bu musiqi ilə qarşılandı -
Buralarda Azərbaycan qanunları işləmir?.. - İLGİNC İDDİALAR...
Ceyhun Bayramov Pakistana getdi
"Anar Mədətovun toyu olmayıb, olmayacaq da" - FOTO
Quba şəhərinə və Lənkəranın bu kəndlərinə giriş-çıxış dayandırılır
Şahdağ Milli Parkında yanğın başlayıb
Qadın gözdən əlinin ona göz vurduğunu sanıb onu döydü
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
Kirayə tutduğu evin içindən çıxanlar hər kəsi şok etdi /FOTOLAR
Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır - VİDEO
Prezident İlham Əliyev Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib
Sabirabadda şəhid məzarlarının üstünü icra hakimiyyəti götürmür - SƏBƏB + İDDİA
Faiq Ağayev “Eurovision”da
Bakıda bu məktəb də koronavirusa görə BAĞLANDI
Qızılağac Milli Parkının əməkdaşları güllələndi
ABŞ əlavə doza vaksinlə bağlı tədqiqtlara başladı
{sape_links}{sape_article}