Son dəqiqə
9-06-2020, 18:00
925

Azərbaycanda karantin rejimində ilk yarış keçirilib

Azərbaycanda karantin rejimində ilk yarış keçirilib


Nazirlər Kabineti yanında Operativ Qərargahın iyun ayının 1-dən etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verməsindən sonra Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) mövsümün ilk yarışını təşkil edib.

AzVİF-dən apasport.az saytına verilən məlumata görə, Dünya Velosiped Gününə həsr edilmiş trek üzrə Federasiya Kuboku yarışında U-15, U-17 və gənclər kateqoriyası üzrə 60-a yaxın idmançı mübarizə aparıb.

Karantin rejimi zamanı ev şəraitində məşq edən velosipedçilərin fiziki durumunu yoxlamaq məqsədilə keçirilən turnir fərdi ötüşmə sistemi üzrə təşkil olunub.

15 yaşadək qızların 333 metr məsafəyə yarışında 7 saylı Olimpiya Məktəbinin üzvü İradə Əbdürəhmanova, 666 metr məsafəyə mübarizədə Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Radha Şabanova 1-ci olub. Bu yaş kateqoriyasında oğlanlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Tamerlan Vitovski hər 2 növdə fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

17 yaşadək oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbini təmsil edən Kamran Mirzəxanov həm 333, həm də 1 km məsafəyə ötüşmələrdə bütün rəqiblərini qabaqlayıb. 7 saylı Olimpiya Məktəbinin üzvləri Gülşən İsmayılova 333, Fatimə Əfqanzadə isə 1 km məsafəyə fərdi ötüşmədə çempionluq sevinci yaşayıb.

Gənc oğlanlar arasında “Neftçi” İdman Klubunun velosipedçisi Nofəl Nuriyev, gənc qızlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Viktoriya Sidorenko həm 200 metr, həm də 1 km məsafəyə ötüşmələrdə hamıdan güclü olublar.

Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif edilib. Yarış zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində verdiyi bütün tapşırıq və tövsiyələrə əməl edilib.

XeberTv.info

Digər xəbərlər

Son sutkada yoluxanların sayı 1200 nəfəri ötdü
Biləsuvarda 3 uşaq atası intihar edib
İstintaq təcridxanasında saxlanılan şəxs qaşıq uddu - Azərbaycanda
Prezidentin köməkçisi cəbhədəki vəziyyətdən danışdı
GÜNDƏLİK BÜRCLƏR 19.03.2021
Ali Baş Komandan: "Biz bu illər ərzində güc toplayırdıq"
Prezident Köməkçisi: “Ermənistanı sülhə məcburetmə əməliyyatının birinci mərhələsi başa çatıb”
Ukrayna polisi Azərbaycanın rəsmi nümayəndəliyini mühafizəyə alır
Türkiyə Qarabağda atəşkəsə nəzarətdə iştirakını elan etdi
Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
Vətən Müharibəsi Qəhrəmanlarına veriləcək təqaüdün məbləği açıqlanıb
İşçi qrupunun növbəti iclası keçirildi
Ceyhun Əli vəzifəsindən azad olundu - Yeni təyinat
Düşmən rayonlarımızı atəşə tutur
Ermənistana məxsus daha bir PUA-məhv edilib
Sabah virtual "Son zəng" keçiriləcək
973 nəfər saxlanılıb, 3 milyonluq qaçaqmal ələ keçib - DSX AÇIQLADI
İlham Əliyevin ordu prioriteti, sirr saxlanan məqamlar -
İlham Əliyev sabiq deputatı təltif etdi -
Bakıda TIR sürücülərinin aksiyasını kim təşkil edib? – Fuad Mayılovdan Rəşid Piriyevə “badalaq”
Bu şəxslərin MAAŞI ARTDI - AZƏRBAYCANDA
Mövlud Çavuşoğlu: “Üç rəngli bayrağınla məsut yaşa can Azərbaycan”
ABŞ səfirliyindən xəbərdarlıq: “Abşerondan kənara çıxmayın!”
Qəbul imtahanları nə vaxt keçiriləcək? - DİM-dən canlı yayım
Bu da İqbal Məmmədovun sərvəti... - SİYAHI
Məşhur mədəniyyət xadimlərinə Prezident təqaüdü verildi - SİYAHI
Nərminin qətlində ittiham olunan İlkinin məhkəməsinin vaxtı açıqlandı
Polisin postlarda 50 AZN rüşvət alması xəbərlərinə - RƏSMİ AÇIQLAMA
Belarusda etirazları dağıdan "OMON"çuların kimliyini ortaya çıxardı - Video
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların adları açıqlandı
{sape_links}{sape_article}