Son dəqiqə
2-05-2019, 10:16
479

ALLAH MƏNƏ BU MÖCÜZƏNİ YAŞATDI

ALLAH MƏNƏ BU MÖCÜZƏNİ YAŞATDI



Xəbər verdiyimiz kimi ötən həftə Əməkdar artist Mehriban Xanlarova avtomobil qəzasına düşüb. Aktrisa ilə bərabər avtomobildə olan ailənin tibb bacısı və yaxın qohumu ciddi şəkildə zədə alıb. 1 saylı Tibbi Kliniki Mərkəzə çatdırılan yaralılara dərhal tibbi yardım göstərilib.

BEŞ.AZ oxu.az-a istinadən xəbər verir ki, Mehriban Xanlarova səhhəti və başına gələn bədbəxt hadisə ilə bağlı açıqlama verib.

"Dəhşətli hadisə idi. Baxmayaraq ki, qəzanın üstündən bir neçə gün keçib, amma hələ də özümə gələ bilməmişəm. Şokdan ayıla bilmirəm. Möcüzə nəticəsində sağ qaldıq. Səhhətim stabildir. Ayağımı gipsə salıblar. Ev şəraitində müalicəmi davam etdirirəm. Amma mənimlə bu qəzada xəsarət alan ailəmizin tibb bacısının vəziyyəti ağırdır. O, kəllə-beyin travması alıb. Hələ də xəstəxanadadır".

Sənətçi qəzanın səbəbləri haqqında bunları söyləyib.

"Qəza anidən baş verdi. Hadisə bir saniyənin içərisində baş verdi. Avtomobilim özümə aid deyil. Hamı mənim kirayə avtomobil sürdüyümdən xəbərdardır. Baş verən qəza ilə bağlı araşdırmalar gedir. Hadisə ilə bağlı informasiya verə bilmirəm. Mənim avtomobilimlə toqquşan "Mercedes" markalı avtomobilin sahibi hər gün mənə baş çəkir. Vəziyyətimlə maraqlanır. Məni hamı kasıbların yanında olan bir insan kimi tanıyır. Heç kəsdən heç nə ummuram. Ondan da heç bir maddi yardım istəməmişəm".

M. Xanlarova sənət yoldaşlarının bu vəziyyətdə onu tək buraxmadıqlarını dilə gətirdi.

"Sağ olsun məni yada salıb, yanıma gələn hər bir sənət yoldaşımı. Bir çox müğənnilər və həmkarlarım eləcə də çalışdığım Akademik Milli Dram Teatrının bütün kollektivi vaxtaşırı mənə baş çəkirlər. Hər birinə öz minnətdarlığımı bildirirəm. Dəhşətli qəza nəticəsində mənim sağ qalmağım bir möcüzədir. Allah mənə bu möcüzəni həm yaşatdı, həm görsətdi".

Digər xəbərlər

Məşhur bəstəkarın idarə rəisi olan oğlu işdən çıxarıldı
Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? - İLGİNC SİYAHI
Psixoloji müalicə alan müğənni səhnəyə qayıtmayacaq
İlham Əliyev Dövlət Agentliyinə 1,6 milyon manat ayırdı - SƏRƏNCAM
Əfv Komissiyası yeni müraciətlərə baxacaq
Universitet yataqxanasında yanğın: 45 nəfər təxliyə edilib - YENİLƏNİB
190 manat üçün müraciət edən subaylara evli olduğu barədə SMS niyə gəlir? (RƏSMİ)
Ermənistan ərazisindən Azərbaycanın dörd rayonu atəşə tutulub
Rodrigonun üstünə tarakan çıxıb
Polietilen torba və plastik stəkan satanlar cərimələnəcək
Suriyada avtobus partladıldı - 28 dinc sakin öldü
İcra başçısının maşını "protiv" getdi: Yol polisi görüb "çest" verdi (VİDEO)
Ərindən boşanmasını oynayaraq qeyd etdi, havaya şar uçurdu - VİDEO
Kaliforniyadakı azərbaycanlılara dəyən ziyan ödənildi
Rüşvət, süründürməçilik və elektron sistemdən gözlənti: Diqqət bağçalara
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq
Sülhməramlılar bayrağımıza hörmətsizlik etdilər -
BakuBus" MMC 10 manatlıq şirkətə - Milyonları həvalə etdi
20 dollarlıq əsginasın üzərində afroamerikalı fəalın şəkli ola bilər
İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri -
"Zelenskinin çıxışına biabırçı susqunluq" -
Kəbə ziyarəti nəhayət bərpa olunur: Tarix bəlli oldu
Sədərəkdə maşın suda batdı - FOTOLAR
Göygöldə dəhşətli qəza: Ölü sayı səkkizə çatdı - YENİLƏNİB + FOTO
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
Çində ağır yol qəzası baş verib: 12 ölü, 11 yaralı
Sabah Bakıya qar yağacaq - PROQNOZ
Sahibə Qafarova: Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün yeni perspektivlər açacaq
Azərbaycanda bu günə neçə nəfər koronavirusa yoluxub?
Təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsi başlayıb
{sape_links}{sape_article}