Son dəqiqə
20-08-2020, 19:15
1 176

İcra başçılarının fəaliyyəti nəzarətdədir: Başqa kimin qapısı döyüləcək?

İcra başçılarının fəaliyyəti nəzarətdədir: Başqa kimin qapısı döyüləcək?


Dövlət Təhlükəsizlik Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinə "baş çəkdikdən” sonra anti-korrupsiya əməliyyatları mərkəzi icra hakimiyyətlərinə sıçradı.

Bundan sonra ortaya belə iddialar atıldı ki, yerli icra hakimiyyətlərində keçirilən əməliyyatlar hakimiyyət daxilində baş qaldıran ziddiyyətlərdən qaynaqlanır. Həbs edilən icra başçıları isə hansısa qruplaşmalara bağlı məmurlardır.

Baxmayaraq ki, DTX Mədəniyyət və Xarici İşlər nazirliklərində əməliyyatlar keçirən ərəfədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bəzi yerli icra hakimiyyətlərində həbslər həyata keçirirdi. Doğrudur, həbs edilən məmurlar yüksək vəzifədə təmsil olunmurdular. Lakin hər halda icra hakimiyyətləri diqqətdən kənarda qalmamışdı.

Dünən Kürdəmir Rayon İcra Hakimiyyətində icra başçısı Ceyhun Cəfərovun həbsilə müşayiət edilən əməliyyatdan sonra isə bir daha aydın oldu ki, hakimiyyət başlatdığı prosesi dayandırmayıb. Eyni zamanda həbslər heç də iqtidardaxili ziddiyyətlərin təzahürü deyil.

Son əməliyyatdan belə qənaət hasil olur ki, yerli icra hakimiyyətləri baş verənlərdən nəticə çıxarmır. Hakimiyyətin zirvəsində də bunun fərqindədirlər. Ona görə də icra başçılarının fəaliyyəti ciddi nəzarət altındadır.

Bu isə o deməkdir ki, hakimiyyətin apardığı islahatlara uyğun fəaliyyət göstərməyən bütün icra başçılarının qapısı döyülə bilər.

Prezident İlham Əliyev bundan əvvəlki həbslərə münasibət bildirərkən qanunsuz əməllərə yol verən heç bir məmurun cəzasız qalmayacağını bəyan edib. O qanunsuzluq edən məmurlara hakimiyyətdəki dayaqlarının da yardım edə bilməyəcəyini xüsusi vurğulayıb.(yenisabah.az)

XeberTv.info

Digər xəbərlər

TƏBİB: “Vaksinin yaratdığı immunitet müddəti minimum 1 ildir”
Daha bir aviaşirkət Rusiyanın üç şəhərindən Bakıya uçuşlara başlayır
Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı
Deputat: “Dövlətin xarici borclanmaya getməsi pis hadisə deyil”
Bakı ilə Yerevana qaytarılan hərbi əsirlərin sayı açıqlandı
Bu gündən dörd şəhər, bir rayonda məktəblər bağlandı
İcra başçısının qardaşı qətlə yetirilib? - Oğlu saxlanıldı
Ağstafada polisə zor tətbiq edən şəxs tutuldu
Gürcüstanda azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub
Əhməd Əhmədzadənin yerinə iddialı şəxs kimdir? — Oğlunun bahalı avtomobil kolleksiyası...
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada səsvermə keçirilir
Yeni erməni nazirin təyinatından öncəki müsahibəsi gündəm oldu - Video
Nəcməddin Sadıkov hara yoxa çıxıb? - VİDEO
Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var
Qubadlıdakı DSX hərbi hissəsinin binası İcra Hakimiyyətinə aid deyil
FHN-dəki 1,4 milyonluq yeyintinin izi ilə...
Ağstafa İcra Hakimiyyətinin 200 minlik ŞÜBHƏLİ TENDERİ -
“Golden Kids Fashion” adlı təşkilat qanunsuz əməllərini davam etdirir... - Onlara "dur!" deyən tapılacaq?
“Eurohome” yanır
1 həftə vaxtı olan Muxtar müəllim özünü doğrulda biləcəkmi?
Naumov: “Azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən çılpaq, ayaqyalın qaçırdı”
Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilib
Nazarbayev İlham Əliyevə təbrik məktubu göndərdi
Yeni stansiyaya Polad Həşimovun adının verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur
Yeni virus yayılır: Göy öskürək kabusu...
Qurban Yetirmişli: “İlk dalğa güclü oldu, afterşoklar olacaq”
Anar Quliyevlə Namiq Hümmətov Abutalıbova rəhmət oxudur
Prezident naziri küçənin ortasında döydü - VİDEO
{sape_links}{sape_article}