Son dəqiqə
25-08-2020, 18:10
1 487

Həbs edilən icra başçısının əmisi oğlu yüksək vəzifədə çalışır

Həbs edilən icra başçısının əmisi oğlu yüksək vəzifədə çalışır


Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) həbs olunan başçısı Ceyhun Cəfərovun əmisi oğlu Həsən Cəfərov yüksək vəzifədə çalışır.

Həsən Cəfərov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) Aparat rəhbəri, Konfederasiyanın katibidir.

Eyni zamanda, H.Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

Qeyd edək ki, H.Cəfərov 1956-ci ildə anadan olub. O, 1983-1986-cı illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında əməyin texniki müfəttişi, 1986-1989-cu illərdə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında ətraf mühitin mühafizəsi üzrə texniki əmək müfəttişi vəzifəsində çalışıb.

Daha sonra 1989-1990-cı illərdə AHİŞ sədrinin köməkçisi, işlər müdiri, 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdiri, aparat rəhbəri vəzifəsində işləyib.

O, 2006-cı ildən isə AHİK-in katibi-aparat rəhbəridir.

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının və AHİK-in Məclis üzvüdür.

Xatırladaq ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirilib. Əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, Ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanılıb. Hər üç şəxsə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir RİH-in başçısı vəzifəsindən azad edilib. (report)

Həbs edilən icra başçısının əmisi oğlu yüksək vəzifədə çalışır


XeberTv.info

Digər xəbərlər

Qarabağlı ermənilərin "ordu"su ləğv edilir
Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul etdi
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Bakıda 23 yaşlı qız özünü asdı
Rusiyanın Xankəndidə ucaltdığı abidə ilə bağlı açıqlama
Ölkəni silkələyən DƏHŞƏT: 75 yaşlı qadın ərini və qızını öldürüb həyətində basdırıbmış - 25 il sonra üzə çıxdı
İlham Əliyev: “Ermənilər bizə mina xəritələrini vermirlər"
Ramin Bayramlı dəbdəbəli villa tikdirir
Deputat: “Ermənistan Hadrutun azad olunması ilə barışa bilmir”
“İslahatlar neqativ halları aradan qaldırmaq məqsədi daşıyır” - PA rəsmisi
Rus aktyor transseksualı öldürüb, doğrayıb cəsədini çaya atdı
Məktəbdə dəhşətli hadisə: 15 yaşlı uşaq...
“Əksər erməni Azərbaycanla yeni müharibə istəmir”
Kanalda batan şəxs axtarılır -
Bakı məktəblərində Anım Günü və Zəfər Günü qeyd ediləcək
SEMAŞKO - fəaliyyətini dayandırıb
Bu şəhərə hansı adla qayıdacaqsan
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana səfəri çərçivəsində Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb
“RUSİYA BİZ DÜŞÜNDÜYÜMÜZ QƏDƏR GÜCLÜ DEYİL...” – “11 yanvardan sonra bir çox məsələlərə aydınlıq gələcək”
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Bakıda sərnişin avtobusu kranla toqquşdu - Xəsarət alanlar var - FOTO
Ermənistan tərəfi uzun müddətdən sonra itkilərinin sayını açıqladı: Saxta rəqəmlər
Bakıda xəstələr və həkimlər qidadan zəhərləndi
Gömrükdə bir korrupsioner komanda getdi, yerinə başqası gəldi...
"Ronaldo özünü yaxşı hiss edir" - Sarri
Bu günədək toplanan ianənin məbləği açıqlandı
Rusiya XİN: "Beş rayonun qaytarılmasının tərəfdarıyıq"
Prezident: “Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur”
25 gün öncə qəzada ölən şəxsin yaxınları hələdə tapılmayıb
Şirvanda ər və arvad dəm qazından boğuldu
{sape_links}{sape_article}