Son dəqiqə
3-05-2019, 10:27
635

Lalə Məmmədova keçmiş əri haqqında: "Qanun qarşısında cavab verəcək"

Lalə Məmmədova keçmiş əri haqqında: "Qanun qarşısında cavab verəcək"


Lalə Məmmədova keçmiş əri haqqında: "Qanun qarşısında cavab verəcək"Əməkdar artist Lalə Məmmədova eks həyat yoldaşı İlham Qafarov haqda paylaşım edib.

BEŞ.AZ məlumatına görə, müğənni bildirib ki, keçmiş əri onun və övladlarının ünvanına dediklərinə görə məhkəmədə cavab verəcək:

"Son həssas dönəmlərimdə yanımda olan və ola bilməyən dostlarıma, sənət yoldaşlarıma, əzizlərimə və məni qəlbən sevənlərə dəstəklərinə görə təşəkkür edirəm. Sizi üzmək istəməzdim. Susmaq haqqımdır. Lakin söhbət övladlarımdan gedirsə, məni üzrlü hesab edin. Övladıma və mənim ünvanıma deyilən yalan və böhtanlara görə göydə Allaha, yerdə isə dövlətimə və qanunlarıma güvənirəm. Bu yerlərə zəhmətimlə və xalqın sevgisi sayəsində gəlmişəm. İllərlə qazandığım şərəf və ləyaqətimi, min biz əziyyətlə böyütdüyüm övladlarıma deyilən təhqiramiz sözlərə görə qanun qarşısında cavab verəcəklər".

Qeyd edək ki, İ.Qafarov Lalə haqqında bunları deyib:

“Aramızdakı problem 2012-ci ildə başlayıb. İcazəsiz qızımı da götürüb rəfiqəsinin evinə getdi. O, ərə gələndə valideynlərim sağ idi. Atamla-anam kirayədə, biz isə qonşuluqda yaşayırdıq. Atam rəhmətə gedəndən sonra anam yanımıza köçdü. Problemlər də bundan sonra başladı. Lalə başladı əsəbi olmağa.

Mənə şər atdılar ki, işləməyib, onun hesabına yaşamışam. Bu, absurd bir şeydir. İllər əvvəl məclislərin birində çəkilən fotoya görə aramızda soyuqluq yarandı. Beş dəfə onu qaytarmaq istədim, məni qovdu. 2013-cü ildə onu evə qaytardım. Özünü əsəbi aparırdı. Gördüm ki, dəyişib. Lalə dedi ki, ev almışıq, 43 min çatmır. Mənə dedilər ki, sən verməlisən. Mən də ailəmin dağılmaması üçün maşını satıb, o pulu ödədim. Orada sənədlər də var. Anası və Lalə iddia edir ki, sən bu pulu verməmisən. İkinci uşağa hamilə oldu. İki ay sonra dava etdi, çıxdı getdi. Anama ağır söz dedi, mən də qərara gəldim ki, Lalə ilə yaşamayacam. Anamı təhqir etdiyinə görə, ikinci uşağımla maraqlanmadım.

Qızım mənə səs atıb, təhqir edir. Belə tərbiyə alıb. Lalə bir dəfə üç min aliment yığışıb, onu alıb. İkinci dəfə evlənmişəm deyə, aliment məsələsini qaldırıb. Lalə mənim evimdən çıxsın, aliment borcumu hissə-hissə ödəyirəm. Məni həbs etdirmək istəyir”

Digər xəbərlər

Həbs olunmuş baş redaktor ona `TORBA TİKİLDİYİNİ` BƏYAN ETDİ - Görün, kimlərin adını ÇƏKDİ...
Müdafiə və milli təhlükəsizliyə ayrılacaq vəsait açıqlandı
Araik Bakının casusudur? –
Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var
Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb
ŞAD XƏBƏR! Rayonlararası gediş-gəliş AÇILIR
Azərin: “Ərdoğan mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq” -
31 maydan metroda gediş haqqı 97 qəpik olacaq?
“Azəriqaz” rəhbərindən yenilik - VİDEO
Abşeronda 18 yaşlı gənc qonşusunu boğaraq öldürüb
Donald Gerye “Qarabağ”dan ayrıldı
İranla sərhəd xətti minalardan təmizlənir
Ombudsman 82 min manata avtomobil aldı
Vilayət Eyvazov Samir Məcidovu vəzifəsindən azad etdi
Bakıda DƏHŞƏTLİ HADİSƏ: polis şöbədə arvadını öldürdü
Süleymaninin öldürülməsi: MKİ-nin xüsusi əməliyyatının şok təfərrüatları
DİN və DSX İmişlidə XÜSUSİ ƏMƏLİYYAT KEÇİRDİ -
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir
Kasıb da itinin adını Gümüş qoyur... - Keçmiş "Narxoz"da dəyişən təkcə adıdır...
Balaş Qasımovun komandası "Nə? Harada? Nə zaman?" oyununda qalib gəldi
Son 24 saatda Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək?
Xankəndi sakinlərinin 70 faizi şəhərdən qaçıb
Nadir Qafarzadə: "Bu gün hər kəs sandığını əsgərlərimiz üçün açmalıdır"
Xocalı soyqırımından 28 il ötür
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
“Yelo” bank şəhid qardaşını intihara çatdırdı, damarlarını doğradı - FOTO - VİDEO
“Qurd Qapısı”nda VƏHŞİLİK...
{sape_links}{sape_article}