Son dəqiqə
28-08-2020, 21:40
1 260

Erməni və türk birləşib Fikrət Əmirovun əsərini öz adlarına çıxartdılar

Erməni və türk birləşib Fikrət Əmirovun əsərini öz adlarına çıxartdılar


Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun vərəsələri Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edərək, onun “Kor ərəbin mahnısı” əsərinin musiqisinin Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənildiyini və “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilərək Youtube kanalında yayıldığını bildirib və bununla bağlı müəllifin pozulmuş hüquqlarının bərpa olunmasını və hüquq pozucularına münasibətdə tədbir görülməsini xahiş ediblər.

Əqli Mülkiyyət Agentliyinin ekspertləri tərəfindən aparılmış müvafiq araşdırma nəticəsində müəyyən edilib ki, Vardan Hovanissian və Emre Gültekin tərəfindən ifa edilmiş və “Karin” musiqi albomuna daxil edilmiş, həmçinin Youtube kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, “Houcher” musiqi əsəri plagiatdır və burada Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin adı “Houcher” adı ilə dəyişdirilərək təhrif edilib, eyni zamanda əsərin bəstəkarları kimi Vardan Hovanissian və Emre Gültekin göstərilib. Bununla Fikrət Əmirovun şəxsi və əmlak hüquqları kobud şəkildə pozulub.

Bununla yanaşı, Vardan Hovanissian və Emre Gültekin tərəfindən www.bandcamp.com saytındakı səhifələrində yerləşdirilmiş “Karin” musiqi albomuna daxil edilmiş əsərlər haqqında verilən məlumatda Fikrət Əmirovun adı göstərilməmiş, “Kor ərəbin mahnısı” əsəri isə təhrif olunmuş “Houcher” adı ilə folklor nümunəsi kimi təqdim edilərək, aranjemançı kimi Vardan Hovanissian və Emre Gültekin göstərilib və bununla müəllifin şəxsi hüquqları pozulub. Digər tərəfdən, “Karin” musiqi albomu www.bandcamp.com saytında kommersiya məqsədilə yerləşdirildiyindən Fikrət Əmirovun əmlak hüquqları da pozulub.

“Houcher” musiqi əsəri haqqında verilən məlumatlardakı uyğunsuzluq da (özlərini bir halda müəllif-bəstəkar, digər halda aranjemançı kimi təqdim edirlər) bir daha sübut edir ki, Vardan Hovanissian və Emre Gültekin “Kor ərəbin mahnısı” əsərindən Fikrət Əmirovun müəllif hüquqlarını pozmaqla qeyri-qanuni istifadə ediblər.

Bu hərəkətlər eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Belçikanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin Vardan Hovanissian və Emre Gültekin tərəfindən pozulmasıdır. Belə ki, bu Təşkilatın məqsədi “dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir”. Həmçinin Azərbaycan və Belçikanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır.

Bildirilir ki, “Kor ərəbin mahnısı”nın musiqisi Fikrət Əmirov tərəfindən 1956-cı ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş Hüseyn Cavidin “Şeyx Sənan” dramına yazılıb. Həmin tamaşanın premyerası 1956-cı ildə Bakıda, Azərbaycan Dövlət Dram Teatrında olub.

Yuxarıda göstərilən hüquq pozuntusunun aradan qaldırılması tələbi ilə Agentlik tərəfindən Vardan Hovanissian və Emre Gültekinə məktub göndərilib, həmçinin Youtube kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsərinin Youtube kanalından çıxarılması xahişi ilə həmin kanalın Administrasiyasına müraciət hazırlanıb.



XeberTv.info

Digər xəbərlər

Maklerlər büdcəni milyonlarla manatdan məhrum edir – Ekspert (VİDEO)
Bakıda onlarla əməkdaşın maaş kartlarını ələ keçirən vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Evlər ucuzlaşmağa başlayıb
Azərbaycanda Ermənistan siqareti satılır? - Gömrük Komitəsindən AÇIQLAMA
Sərvəti 200 mlrd dolları ötən ilk milyarder oldu
Ermənilər öz çirkin məqsədləri naminə Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - ŞƏRH
İlham Əliyev bir sıra açılışlarda iştirak edib - VİDEO
Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb
Şirvanda yataqxanada yanğın olub: iki azyaşlı ölüb
Tovuzda piyadanı öldürən sürücü hadisə yerindən qaçdı
DİN: Açıq havada siqaret çəkənlər 100 manat cərimələnəcək
İlham Əliyev büdcə təşkilatlarında işləyənlərin və təhsil işçilərinin maaşlarını artırdı
ANAMA-nın əməkdaşı minaya düşdü
Ukraynada müharibə bu il bitə bilər? - RƏY
28 il öncə əsir düşmüş hərbçimiz tapılıb? - AÇIQLAMA
Milyarder Fərhad Əhmədov: “Rusiya ancaq Azərbaycanı dəstəkləyərək Cənubi Qafqazda möhkəmlənə bilər”
Putin Əliyev və Paşinyana zəng edib
ANAMA: Tovuz və Qazaxda 14 əməliyyat keçirilib
Bakıda havada tozun miqdarı normadan artıqdır
`İslahatçı` icra başçısı əlilə MÜHARİBƏ ELAN EDİB -
Yardım aparıb, şəkil çəkənlər artistlik edir, bu, adamları sındırmaqdır... (SORĞU)
Müharibə veteranlarının müavinətləri BU QƏDƏR olacaq! - VİDEO
Əli Həsənovun biznes imperiyası: Vəzifədən getsə də...
Rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir
Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var
Telefona gələn bu SMS-lər dərhal silinməlidir
Məşhur generalın qudası həbs edildi
Ermənistan yolayrıcında: Yeni baş nazir kim olsun?
Xalqın sevgisini hər şeydən üstün tutan bizim Mehriban xanım - FOTO
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konserti Şuşada keçiriləcək
{sape_links}{sape_article}