Son dəqiqə
31-08-2020, 14:49
1 326

Azərbaycanlı alim koronavirusa qarşı peyvənd hazırladı

Azərbaycanlı alim koronavirusa qarşı peyvənd hazırladı


Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilər üzərində hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və o, insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

XeberTv.info Milli Elmlər Akademiyasının saytına istinadən məlumat verir ki, Tərlan Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı peyvənd işlərinə başlayıb.

Alim açıqlamasında laboratoriyada xüsusi olaraq istehsal etdikləri tütün bitkisi ailəsinə aid olan "Nicotiana Benthamiana" üzərində yeni nəsil peyvəndləmə işləri apardıqlarını bildirib. Qeyd edib ki, istehsal etdikləri peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.

Bu istiqamətdə iki peyvənd inkişaf etdirdiklərini deyən T.Məmmədov qazandıqları nəticələrin son dərəcə uğurlu olduğunu bildirib:

"İstehsal etdiyimiz peyvəndin namizədlərinin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv olacağına inanırıq. Artıq COVID-19 peyvənd namizədlərini insanlar üzərində sınaqdan keçirə bilərik. İstehsal və saflaşdırma effektivliyi anticisimlərin ticarəti üçün kifayət qədər yüksəkdir".

T.Məmmədov araşdırmanı Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim etdiklərini və yaxın zamanda Səhiyyə Nazirliyinə göndərəcəklərini əlavə edib.

Digər xəbərlər

Prezidentdən Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM
Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.
Salyan polisi narkotaciri saxlayıb
AAYDA sədrinin köməkçisi Əvəz Zeynallının məhkəməsində İFADƏ VERDİ
Həbs edilənlərdən biri AXCP sədrinin müşaviridir
Bakıda bacısını öldürən icra nümayəndəsinin oğlu barəsində 4 ay həbs qətimkan tədbiri seçilib
Bakı-Xırdalan-Sumqayıt dəmiryol xətti üzrə sərnişin daşımaları bərpa edilir
Ərdoğan Səudiyyə Ərəbistanına gedir
Yardımlıda qazi intihar etdi
Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama
Baş Qərargah rəisi Kərim Vəliyev HDQ-də qəfil yoxlama keçirdi
Ermənilər dövlət qurumlarının binalarını atəşə tutdu: 7 nəfər yaralandı - RƏSMİ
MN: Azərbaycan Ordusunun erməni kəndlərini toplardan atəşə tutması barədə məlumatlar yalandır
“Muğan Bank” da təhlükədə - Bağlanacağı deyilir...
Akar Şoyquya zəng etdi - “Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır”
DSX-dən hərbçilərin qalmaqallı görüntüləri ilə bağlı AÇIQLAMA
Bu il Azərbaycana ən çox dollar gətirən 10 şəxsin kimliyi açıqlandı – SİYAHI
Azərbaycan millisinin qapıçısı Avropanın ən yaxşıları sırasına düşüb
Məktəblilər onlayn dərslər üçün qülləyə çıxırlar - VİDEO
Paşinyan: “İmzaladığımız bəyanat həqiqətən çox vacibdir”
Messi və Pike ayaqsız uşağın arzusunu həyata keçirib - VİDEO
Çavuşoğludan Qarabağdakı Birgə Mərkəzlə bağlı açıqlama
Mövlam Şıxəliyev istintaq apardıqca bir ucdan ev və obyektlər alırmış
Əziz Ələkbərli: “Emmanuel Lustin”in videosu izlənilməyib və münasibət bildirilməyib
Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırmasından danışdı
Nadir Qafarzadə: "Bu gün hər kəs sandığını əsgərlərimiz üçün açmalıdır"
Azərbaycanlı yanğınsöndürən Türkiyə bayrağını yanmağa qoymadı - VİDEO
Prezident avtomobil yollarının yenidən qurulmasına 6 milyon manat ayırdı
Polis rəisinin müavini vəfat etdi: Vəzifəyə yenicə təyin olunmuşdu
Əziz Əzizovla Cəmşid Hənifəyevin birliyi Suraxanıdakı qanunsuz tikilini başa çatdırıb? - VİDEO
{sape_links}{sape_article}