Son dəqiqə
5-09-2020, 15:10
1 113

Goranboyda polisə qarşı zorakılıq olub

Goranboyda polisə qarşı zorakılıq olub


Goranboy rayon prokurorluğundan verilən məlumata görə, sentyabrın 3-də Goranboy rayon polis şöbəsinin əməkdaşına qarşı rayon ərazisində zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla həmin gün saat 21 radələrində Goranboy rayonu ərazisində rayon sakini Natiq Şirinovun ailəsində münaqişənin baş verməsi ilə bağlı daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş Goranboy rayon polis şöbəsinin istintaq-əməliyyat qrupunun üzvü, Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Əliyevə qarşı Natiq Şirinov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Natiq Şirinova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə, o, təqsirlədirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

XeberTv.info

Digər xəbərlər

Sülhməramlıların bütün xərclərini Rusiya qarşılayacaq
Metroda xüsusi karantin rejiminin tələbləri pozuldu
Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı
“Biz əsgərlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik”
Şirəliyev və nazirlik nədən mürgüləyir?.. - Ölkəboyu koronavirus mərəkəsi
Uşaqlara dair Strategiyanın 5 illik Fəaliyyət Planı təsdiqləndi
Bakıda YAP-ın binası kirayə verildi
Dünyanın ən bahalı qoyunu hərracda fantastik qiymətə satıldı
Laçına növbəti köç başladı -
Məktəb direktoru koronavirusdan vəfat etdi
Səddam Hüseynin sağ qolu öldü
“Lider” TV-nin “payızı”: Verilişlər bağlanıb, maaşlar ödənilmir, kütləvi ixtisar gedir
Bu yollarda istiqamət dəyişdi
Goranboyda 18 yaşlı oğlan özünü asıb
Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
İlham Əliyev Sumqayıtda bir sıra tədbirlərdə iştirak edib
Bakıda ər arvadını moteldə qətlə yetirdi
ABŞ-da ümumi seçkilər başa çatdı
Liviyada həbsdə olan Azərbaycan vətəndaşları Bakıya gətirildi
"Kreml anlayır ki, Qarabağda “Gürcüstan ssenarisi” mümkün deyil” - Rinat Kovbasyuk
Rusiyada da plastik qablardan istifadə qadağan ediləcək
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır
Ölkəmizdə yoluxma və ölüm sayında yeni rekord
Dünya bazarında neft qiymətləri
Röya Dubayda belə əyləndi
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Sabir Rüstəmxanlı AZAL rəhbərliyinə: “Belə qanunsuzluq olar?”
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
Ali Baş Komandan xalqa müraciət edib - TAM MƏTN
{sape_links}{sape_article}