Son dəqiqə
İdman
16-09-2020, 23:27
797
"Qarabağ" mərhələ adlasa bu rəqiblə qarşılaşacaq: Klubun prezidenti azərbaycanlıdır
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu 2:1 hesabı ilə məğlub edən əslən azəbaycanlı Qabor Qubadovun prezidenti olduğu Macarıstan "Ferentsvaroş"u pley-offa yüksəlib.
Budapeşt təmsilçisi növbəti mərhələdə "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.
Bu raundun ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində olacaq.
Qeyd edək ki, hazırda davam edən "Qarabağ" - "Molde" matçında əsas vaxt qolsuz başa çatdığından, əlavə vaxt oynanılır.