Son dəqiqə
18-09-2020, 15:12
647

“Ərim məni dəfələrlə döysə də, polis olduğu üçün cinayət işi açılmır”

“Ərim məni dəfələrlə döysə də, polis olduğu üçün cinayət işi açılmır”


Bakıda polis əri tərəfindən dəfələrlə döyüldüyünü iddia edən qadının şikayətləri ilə bağlı prokurorluğun cinayət işi başlamamaq barədə qərarını məhkəmə ləğv edib.

XeberTv.info bildirir ki, “Qafqazinfo”ya müraciət edən Ülkər Quliyeva (ad-soyad şərtidir) bildirib ki, əri tərəfindən döyülməsini sübut edən faktlar olsa da, şikayətinə baxılmır:

“Keçmiş ərim Nəriman Həsənov Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə Polis İdarəsinin tağım komandiri işləyir. Onunla 2018-ci ilin iyul ayında ailə həyatı qurdum və toydan bir neçə gün sonra məni döyməyə başladı. Bu döyülmə hadisələri sonradan mütəmadi hal alırdı, ailəm dağılmasın deyə susurdum. Bir ilə yaxın Nəriman mənə işgəncə verəndən sonra hüquq-mühafizə orqanlarına müraciət etdim və ondan boşandım.Bakıda polis əri tərəfindən dəfələrlə döyüldüyünü iddia edən qadının şikayətləri ilə bağlı prokurorluğun cinayət işi başlamamaq barədə qərarını məhkəmə ləğv edib.

“Qafqazinfo”ya müraciət edən Ülkər Quliyeva (ad-soyad şərtidir) bildirib ki, əri tərəfindən döyülməsini sübut edən faktlar olsa da, şikayətinə baxılmır:

“Keçmiş ərim Nəriman Həsənov Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə Polis İdarəsinin tağım komandiri işləyir. Onunla 2018-ci ilin iyul ayında ailə həyatı qurdum və toydan bir neçə gün sonra məni döyməyə başladı. Bu döyülmə hadisələri sonradan mütəmadi hal alırdı, ailəm dağılmasın deyə susurdum. Bir ilə yaxın Nəriman mənə işgəncə verəndən sonra hüquq-mühafizə orqanlarına müraciət etdim və ondan boşandım.

Həmin müddətdə döyüldükdən sonra qayınatam İdrak Həsənov məni özünün həkim işlədiyi “Diaqnoz” Tibb Mərkəzinə apardı. Orada iş yoldaşlarına dedi ki, hamamda ayağı sürüşüb və yıxılıb. 2018-ci ilin avqust ayında yenə möhkəm döyüldüm və bu dəfə “Baku Medical Plaza” Tibb Müəssisəsinin təcili yardım şöbəsinə apardılar. Yenə də mən ailəmizin dağılmaması üçün döyüldüyümü demədim.

2019-cu ilin mart ayında yenə döyüldüm. Anam məni qarın nahiyəmdə kəskin ağrılar və qanaxma olduğu üçün həkimə apardı. Müayinə zamanı sağ yan divarda 8 millimetrlik hematoma aşkar edildi. Orada mənə hamilə olduğum üçün Tibb Universitetinin Tədris-Cərrahiyə Xəstəxanasına müraciət etməyim məsləhət görüldü və mən həmin xəstəxanaya müraciət etdim. Lakin yenə də ailəmizin dağılmaması üçün Nəriman tərəfindən döyüldüyümü həkimə bildirmədim. Bundan sonra yenə döyüldüm. O zaman mən hamilə idim. Mənə hamiləliyin vaxtından əvvəl düşük təhlükəsi diaqnozu qoyuldu. Mən bu dəfə dünyaya gələcək uşağım üçün dözdüm. Nəriman bir neçə dəfə mənim üstümə bıçaq da çəkib”.

Ü.Quliyeva qeyd edib ki, əri Nəriman Həsənov tərəfindən döyülərkən onun səsini də yazıb və bunları sübut kimi istintaqa versə də, müstəntiq buna fikir verməyib:

“Məni döydüyünə görə qanun qarşısında cavab verəcəyini dedim, o isə “get hara istəyirsən ver, mən heç kimdən qorxmuram, sənə əzab verəcəyəm” kimi ifadələrlə məni döyməyə davam etdi. Döyülmüş vəziyyətdə ayağımın və qollarımın xəsarət alan yerlərinin fotolarını telefonla çəkdim. Səs yazısında Nərimanın məni döyməsi açıq-aşkar anlaşılır və eşidilir”.

Ü.Quliyeva deyib ki, döyülməsini sübut edən kifayət qədər dəlil olsa da, Nizami Rayon Prokurorluğunun müstəntiqi Tale Səfərov cinayət işinin açılmasını rədd edib:

“Göstərdiyim bütün halları təsdiq edən xəstəlik tarixçələri, ekspertiza rəyləri, səs yazısı, habelə şəkillər olmasına baxmayaraq, heç bir sübuta əsaslanmadan cinayət işinin başlanması rədd edildi. Müstəntiqin bu qərarından şikayət etdim, məhkəmə qərarı ləğv edib işin yenidən araşdırılması üçün prokurorluğa göndərdi. Keçmiş ərim Nəriman Həsənov polis olduğu üçün istintaqa təzyiq edərək araşdırmalara təsir göstərir”.

Qeyd edək ki, Nəriman Həsənov təhqiqat zamanı bildirib ki, həyat yoldaşı Ü.Quliyeva hamiləlik dövründə pərdə asarkən yıxılıb və xəsarət alıb.

“Ərim məni dəfələrlə döysə də, polis olduğu üçün cinayət işi açılmır”

Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova  Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Göyçayda sahibkar intihar etdi
Ceyhun Bayramovun kənd məktəblərində yandırdığı odunların tüstüsü... - Kimləri kor edəcək?
Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO
Klublarımızın yay transfer siyahısı
Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
Alimentə görə axtarışda olanların sayı açıqlandı - RƏSMİ
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır -
Ermənistanın dini rəhbəri öz xalqını ölümə göndərir
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
Kəramət Böyükçöl sərbəst buraxıldı
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Litva Ukraynaya dəyəri on milyonlarla avro olan silah göndərdi
Cəlilabadda bələdiyyəyə sığınan ÖZBAŞINALIQ -
lham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Ceyhun Əli vəzifəsindən azad olundu - Yeni təyinat
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
Gələn il Azərbaycan “Cip” istehsalına başlayacaq
Erməni ordusunun alayı məhv edildi
İcra başçısının 800 min dollarlıq “Fayton” qalmaqalı — VİDEO
Yoluxanlarla bağlı bu günə olan statistika
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu həbs edildi
Bu ərzaq məhsullarının qiyməti bahalaşıb
Erməni təcavüzü nəticəsində zərər görmüş evlərin sayı açıqlandı - FOTO
Kasilyas "Real Madrid"ə qayıtdı
Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi
Şəhid polkovnikimiz 200 erməni əsgərini məhv edibmiş
Prezident Şuşa uğrunda döyüşdən danışdı
{sape_links}{sape_article}