Son dəqiqə
21-09-2020, 08:58
773

Falçılar Kərəm Həsənovun bacısını necə aldadıblar? - Detallar

Falçılar Kərəm Həsənovun bacısını necə aldadıblar? - Detallar


Xəbər verdiyimiz kimi, Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı Reyhan Ağarzayev dələduzluğun qurbanı olub. Bununla bağlı açılmış cinayət işinin istintaql da artıq yekunlaşıb.

Qeyd edək ki, bu ilin fevral ayında 31 yaşlı Ceyhun Şahin oğlu Zeynallı və onun qısa müddət həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş, 1976-cı il təvəllüdlü Reyhan Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

Bakıda fala baxmaq adı ilə xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın 201900094 saylı cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun icraatına verilib.

Cinayət işində zərərçəkmiş qismində Ağarzayev Sənan Məhərrəm oğlu və Ağarzayeva Reyhan Əvəz qızı tanınıb. Bəs falçılar Kərəm Həsənovun bacısının külli miqdarda necə ələ keçiriblər?

İttiham aktına görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində “İnstagram” sosial şəbəkəsində “baxıcı” adlı səhifə açıb.

O, özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib. Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib.

Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvəllərinə kimi xüsusilə külli miqdarda pulunu ələ keçirib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4. (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddə 500 min manatdan yuxarı olan məbləğləri nəzərdə tutur.Məlumatlara görə, falçılar Kərəm Həsənovun bacısından 1 milyondan artıq pul əldə ediblər.(Azpolitika)

XeberTv.info

Digər xəbərlər

Sülhməramlıların bütün xərclərini Rusiya qarşılayacaq
Metroda xüsusi karantin rejiminin tələbləri pozuldu
Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı
“Biz əsgərlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik”
Şirəliyev və nazirlik nədən mürgüləyir?.. - Ölkəboyu koronavirus mərəkəsi
Uşaqlara dair Strategiyanın 5 illik Fəaliyyət Planı təsdiqləndi
Bakıda YAP-ın binası kirayə verildi
Dünyanın ən bahalı qoyunu hərracda fantastik qiymətə satıldı
Laçına növbəti köç başladı -
Məktəb direktoru koronavirusdan vəfat etdi
Səddam Hüseynin sağ qolu öldü
“Lider” TV-nin “payızı”: Verilişlər bağlanıb, maaşlar ödənilmir, kütləvi ixtisar gedir
Bu yollarda istiqamət dəyişdi
Goranboyda 18 yaşlı oğlan özünü asıb
Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
İlham Əliyev Sumqayıtda bir sıra tədbirlərdə iştirak edib
Bakıda ər arvadını moteldə qətlə yetirdi
ABŞ-da ümumi seçkilər başa çatdı
Liviyada həbsdə olan Azərbaycan vətəndaşları Bakıya gətirildi
"Kreml anlayır ki, Qarabağda “Gürcüstan ssenarisi” mümkün deyil” - Rinat Kovbasyuk
Rusiyada da plastik qablardan istifadə qadağan ediləcək
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır
Ölkəmizdə yoluxma və ölüm sayında yeni rekord
Dünya bazarında neft qiymətləri
Röya Dubayda belə əyləndi
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Sabir Rüstəmxanlı AZAL rəhbərliyinə: “Belə qanunsuzluq olar?”
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
Ali Baş Komandan xalqa müraciət edib - TAM MƏTN
{sape_links}{sape_article}