Son dəqiqə
Ölkə
23-09-2020, 00:06
1 085
Bakıda altı avtomobil toqquşdu: Ölən var
Bakıda Hava Limanı istiqamətində yolun Suraxanı rayonuna düşən hissəsində, Bül-Bülə qəsəbəsinə dönən hissədə "Mercedes" markalı avtomobil "Shacman" markalı yük avtomobilinə çırpılıb.
Nəticədə "Mercedes"in sürücüsü hadisə yerində keçinib.
Baş vermiş qəza ilə əlaqədar daha dörd avtomobil zəncirvari qəzaya səbəb olub.
Belə ki, VAZ 21015-in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyota", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub. Hazırda ərazidə sıxlıq var.
XeberTv.info