Son dəqiqə
Dünya
11-10-2020, 08:43
889
Bu gün Tacikistanda prezident seçkiləri keçiriləcək
Tacikistanda bu gün prezident seçkiləri keçiriləcək.
Bu, müstəqil respublikanın tarixində sayca altıncı dövlət başçısı seçkiləri olacaq.
Daha öncəki beş seçkidən dördündə hazırkı prezident Emoməli Rəhmon qələbə qazanıb. 68 yaşlı siyasətçi artıq 28 ildir ölkəyə başçılıq edir. 2016-cı ildə respublika Konstitusiyasına dəyişikliklər edilib və bu dəyişikliklər ona qeyri-məhdud sayda prezident seçilməsinə imkan verir.
Bu dəfə Emoməli Rəhmonun namizədliyini Tacikistanın hakim Xalq Demokratik Partiyası irəli sürüb.
XeberTv.info