Son dəqiqə
İdman
26-10-2020, 17:07
854
Riçard Almeyda “Zirə”yə transfer oldu
“Zirə” heyətinə yeni futbolçu cəlb edib.
Belə ki, müqavilə əsasında yarımmüdafiəçi Riçard Almeyda "Zirə" klubuna transfer olub.
Azərbaycan millisinin 31 yaşlı orta sahə oyunçusu yeni komandası ilə cari mövsümün sonuna qədər sözləşmə imzalayıb.
Qeyd edək ki, yığmamızın heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.
XeberTv.info