Son dəqiqə
Dünya
26-10-2020, 23:23
508
Türkiyədə terror aktı törədildi
Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda partlayış baş verib.
XeberTv.info türk mətbuatına istinadən bildirir ki, əraziyə çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb olunub.
Hatay valisi Rahmi Doğan “Twitter” hesabından partlayışla bağlı bunları qeyd edib:
“Təhlükəsizlik orqanlarının Payas yoxlama məntəqəsində şübhələndiyi iki terrorçudan biri İskenderunda zərərsizləşdirilib və bu zaman partlayış baş veriib”.
Vali partlayış zamanı insan itkisinin olmadığını da əlavə edib.