Son dəqiqə
Dünya
2-11-2020, 15:59
1 403
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 80-i ötüb - YENILƏNİB
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.
Bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Yeraltı təkanlar nəticəsində 962 nəfər xəsarət alıb. Onlardan 743-ü xəstəxanadan evə buraxılıb, 219-nun müalicəsi davam etdirilir.
“Ciddi ziyan görmüş və çökən binaların sayı 58-ə çatıb. Axtarış və xilasetmə işləri sürətlə davam edir. Dəymiş zərərin qiymətləndirilməsi işləri tamamlanır. Bir tərəfdən söküntü işlərinə başlamışıq. Dünəndən etibarən 2 binada söküntü işləri başlayıb”, - deyə nazirlikdən bildirilib.
06:14
İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.Bu barədə Türkiyə mətbuatı yazıb.
18:42
Türkiyənin İzmir şəhərində yeraltı təkanlar nəticəsində ölənlərin sayı 62-yə yüksəlib.Bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Qeyd olunub ki, hazırda 218 nəfərin müalicəsi davam edir.
XeberTv.info