Son dəqiqə
20-11-2020, 11:19
5 116

Deputatın ayaqqabı ilə daxil olduğu ev şəhid ailəsinindir? - AÇIQLAMA

Deputatın ayaqqabı ilə daxil olduğu ev şəhid ailəsinindir? - AÇIQLAMA


“Son zamanlar sosial şəbəkələr üzərindən millət vəkili Könül Nurullayeva qarşı həqiqətə uyğun olmayan, tamamilə əsassız məlumatlar yayılır, qarayaxma kampaniyası aparılır. Könül xanımın şəhid ailəsini ziyarət etməsi və sözügedən ziyarət zamanı şəhid evinə ayaqqabı ilə daxil olmasını əks etdirən yanlış və sübutsuz informasiyalar qabardılmaqdadır. Hadisənin heç bir təfərrüatından agah olmayan şəxslər isə vətənimiz üçün çətin, eyni zamanda, şərəfli zəfər günlərində məsələyə kəskin həssaslıq və lüzumsuz tənqidlə yanaşırlar”.

Bu barədə deputat Könül Nurullayevanın ofisindən məlumat verilib.

Qeyd edilib ki, sözügedən məsələ barəsində təfərrüat aşağıdakı kimidir:

“Bildiririk ki, yanlışlıqla şəhid ailəsi kimi qeyd edilən evin sahibəsi Zərifə Gözəlova uzun illərdir ki, 1-ci qrup əlil qızı Kəmalə Gözəlova ilə sözügedən evdə yaşayırdı. Aztəminatlı ailə 16 kv.m həcmində kiçik, həmçinin tamamilə təmirsiz və yaşayışa yararsız mənzildə illərdir ki, məskunlaşmışdır.

Zərifə Gözəlova mövcud vəziyyət ilə əlaqədar olaraq Deputat Qərargahımıza müraciət etdiyi andan onun xahişi tez bir zamanda qeydə alınıb. Daha sonra millət vəkili Könül Nurullayeva Zərifə Gözəlovanın evinə baxış keçirmiş, evin təmirini imkanlı şəxslər və dostlarının sayəsində mandatından kənar, bir Azərbaycan vətəndaşı kimi həyata keçirməyə uğurla vəsilə olmuşdur.

Elə həmin andan etibarən, Könül Nurullayeva ailə üçün ev kirayələməyə maddi yardım ayırmışdır. Sosial şəbəkələrdə yayılan foto da məhz Zərifə xanım və qızının artıq kirayə edilmiş mənzildə yaşadığı zaman təmir ediləcək evə baxış zamanı çəkilmişdir. Ona görə də, millət vəkilinin yaşayışsız və artıq təmir işlərinə start verildiyi bir dövrdə evə ayaqqabı ilə daxil olması təəccüb doğurmamalı, öz növbəsində, qınaq obyektinə çevrilməməlidir.

Əfsuslar olsun ki, ailənin yaşadığı böyük sevinci və xeyirxah əməli işıqlandırmaq əvəzinə, bir sıra şəxslər və mətbu orqanlar nədənsə deputatın mənzilə ayaqqabı ilə daxil olmasını qabartmağa çalışırlar”.

Deputatın ofisi qeyd olunan mənzillə bağlı sosial şəbəkələrdə dəfələrlə paylaşımlar edilməsindən təəssüfləndiklərini vurğulayıb.

Bildirilib ki, sözügedən materialları Könül Nurullayeva rəsmi Facebook hesabında da paylaşıb.

“Məsələnin tamamilə əsassız yönümdə qabardıldığını və yanlış məlumatların ictimaiyyətə çatdırıldığını nəzərə alaraq, sizlərdən məlumatları yaymazdan öncə dəqiqləşdirməyinizi, araşdırma etməyinizi rica edirik”, - deyə Könül Nurullayevanın ofisi sosial şəbəkə istifadəçilərinə və media nümayəndələrinə çağırış edib.(Modern.az)

Deputatın ayaqqabı ilə daxil olduğu ev şəhid ailəsinindir? - AÇIQLAMA


XeberTv.info

Digər xəbərlər

Aytən Səfərova ilə bağlı yeni xəbər
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
Gecə süd verib səhər deyiblərki gəl ölüsünü apar.
Bakıda itkin düşən yeniyetmə oğlan axtarılır - FOTO
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
Qondarma rejimin “Müdafiə naziri” döyüşlərdə yaralandı
Bu gün Azadlıq meydanında Qələbə paradı keçiriləcək
Anım günü Şəkidə böyük izdihamla qeyd olunub
Ödənişli təhsil alanlara güzəşt ediləcək?
Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Çempionlar liqasında 5-ci tura yekun vuruldu: Nəticələr
Duma prezidentlik müddətinin ləğv olunmasını qəbul etdi
Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT
İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
Türkiyə və Rusiya prezidentlərinin görüşü nə vaxt keçiriləcək?
Günün qoroskopu - 22.03.2020
Saatlıda toy edənlər saxlanılıb
“Hraparak”: “Aksiyaları dağıdan maskalılar polis yox, oliqarxların mühafizəçiləri idi”
Şabrandakı eybəcərlik elə ilk addımdaca GÖZƏ GİRİR... -
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun apelyasiya şikayəti təmin edilməyib
Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar -
“Turan”ın sabiq prezidenti vəfat etdi
Qarabağlı ermənilərin "ordu"su ləğv edilir
Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
Prezident düşmənin məhv edilən texnikasının siyahısını açıqladı
Eldəniz Səlimov YAP-dan çıxarıldı
{sape_links}{sape_article}