Son dəqiqə
29-11-2020, 12:00
4 561

Gələn ildən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Gələn ildən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq


Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu kateqoriyadan olan uşaqlara qayğının daha da artırılmasına xidmət edir.

ƏƏSMN-dən verilən məlumata görə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən gələn ilin əvvəlindən yeni aylıq müavinət növü təsis olunacaq.

Müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqları övladlığa götürən şəxslərə hər uşaq üçün təyin ediləcək. Dövlət başçısının 24 noyabr 2020-ci il tarixli Fərmanında bu müavinətin məbləği övladlığa götürülən hər uşaq üçün aylıq 160 manat, övladlığa götürülən sağlamlıq imkanları məhdud hər uşaq üçün aylıq 480 manat məbləğində müəyyən olunub.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanunlar isə bu qanunlar qüvvəyə mindiyi vaxtdan övladlığa götürülmüş uşaqların ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqlarının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən isə bu dəyişiklik qüvvəyə mindiyi vaxtdan sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən valideynlərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına əsasən ölkəmizdə övladlığagötürmə sahəsində müasir idarəetmə mexanizmi yaradılaraq hazırda tətbiq olunur. Fərmanda uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərin və dəstəkləyici mexanizmlərin hazırlanması da nəzərdə tutulub.

XeberTv.info

Digər xəbərlər

Kişinin başı dəmir barmaqlıqlara ilişib qaldı
Eldar Nuriyevin adı QALMAQALDA... -  VİDEO
Azərbaycanlı hərbçilər sülhməramlıların köməyilə sərbəst buraxıldı
Paytaxt Bakıdan başqa şəhərə köçürülür? — AÇIQLAMA
Bakının mərkəzində güclü yanğın  - VİDEO
Ali Baş Komandan: “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır”
"Çopur Ramiz" saxlanıldı - FOTO
Milli Məclisin növbəti iclas tarixi məlum oldu
Prezident düşmənin məhv edilən texnikasının tam siyahısını açıqladı
`Gorgud Hotel`də amtisanitar vəziyyət...
XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Bakıda yeni tikilmiş obyekt yanır
Hacıbala Abutalıbov danışdı
Bu günün hava proqnozu
MSK yenidən toplanır - Nəticələr ləğv olunacaqmı?
Günün qoroskopu - 18.03.2020
Arayikin əlindəki portret onu ifşa etdi
Almaniyada məktəblər bağlandı
İnam Kərimovun gizli kadrı yonca oğurluğuna gecə gedir
MN: "Ordumuzun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır"
Baş həkimlər dövlətin verdiyi pulsuz dərmanları apteklərə satırlar
Bərdədə qonşu qadın 10 yaşlı uşağa qarşı alçaldıcı hərəkət edib
Elçin Quliyev polkovnik-leytenantı müşavirədə işdən çıxartdı
Nazirdən ali məktəblərlə bağlı AÇIQLAMA
Bakıda keçmiş məhkumdan tapança götürülüb
Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu məhv edildi
Türkiyəli ifaçı tətil üçün getdiyi oteldə intihar etdi
Ölkə üzrə ən çox yoluxma harada qeydə alınıb?
Düşmənin ön xətdəki bölmələrində ərzaq, silah və sursatla təminatında problemlər yaranıb
Eldar Əzizov: "Liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməlidir"
{sape_links}{sape_article}