Son dəqiqə
Sosial
2-12-2020, 20:45
4 516
Xırdalan şəhərinin bir hissəsində su kəsilib
“Su kəmərində baş vermiş qəza ilə əlaqədar Xırdalan şəhərinin bir hissəsinə (kənd Xırdalan adlanan hissə və ona yaxın ərazilər) içməli suyun verilişində fasilə yaranıb”.
Bu barədə “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat yayıb.
O bildirib ki, 03 dekabr 2020-ci il tarixində günorta saatlarına qədər həmin əraziyə suyun verilişi dayandırılacaq.
XeberTv.info