Son dəqiqə
8-12-2020, 10:10
6 043

Qazi atası icra başçısından Prezidentə şikayət etdi: “Bir dəfə də olsun...” - Fotolar

Qazi atası icra başçısından Prezidentə şikayət etdi: “Bir dəfə də olsun...” - Fotolar


Göyçay rayonu Müskürlü kənd sakini, Vətən Müharibəsi iştirakçısı, qazi Rüstəm Məmmədovun atası Ramazan Məmmədov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

XeberTv.info Yenisabah.az-a istinadən məlumat verir ki, maddi vəziyyəti aşağı olan Ramazan Məmmədov İkinci Qarabağ Müharibəsində ağır yaralanan oğlu Rüstəm Məmmədova qarşı rayon icra hakimiyyətinin biganəliyindən, diqqətsizliyindən şikayətlənib. Bildirib ki, Suqovuşan kəndinin azad edilməsi əməliyyatında iştirak edən oğlu Rüstəm qəhrəmanlıq və şücaət göstərib, döyüş tapşırığını şərəflə yerinə yetirib, nəticədə ayağından, bədənindən və başından ağır yaralar alıb. Qazi atasının sözlərinə görə, hazırda evdə müalicə olunmağa buraxılan oğlunun müalicəsini davam etdirməyə nə özünün, nə də onun ailəsinin maddi durumu yol vermir.

Qəzalı evdə, yoxsul həyat tərzi keçirən qazi atası oğlunun müalicəsinin davam etdirilməsi, onun sosial problemlərinin həlli üçün Prezidentdən və Birinci vitse-prezidentdən kömək istəyib:

“Oğlum 04.07.1997-ci il tarixdə anadan olmuş Rüstəm Məmmədov Azərbaycan Prezidentinin 21.09.2020-ci il tarixli sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən 21.09.2020-ci il tarixdə səfərbərliyə cəlb edilərək hərbi hissəyə aparılıb. Rüstəm Vətən Müharibəsində şücaət, qəhrəmanlıq göstərib. 02 noyabr 2020-ci il tarixdə Suqovşanda gedən döyüşlərdə ağır yaralanıb. Ayağı bir neçə yerdən sınıb, başından və bədəninin müxtəlif yerindən qəlpə yaraları alıb. Yevlax rayon Xəstəxanasında müalicə olunub, sonra hərbi hissə komandiri tərəfindən məzuniyyətə buraxılıb. Hazırda ayağı gipisdədir dəmir konstruksiyadadır. Hələ sağalmayıb sol nahiyədə görmə və eşitmə qabiliyyəti yoxdur. Özüm Azərbaycan Dəmir Yolları QSC-nin Ucar ərazisində dəmir yolunda fəhlə işləyirəm. Övladlarımın böyüyü Rüstəmdir digər 3 övladım azyaşlıdırlar”.

Qazi atası acınacaqlı yoxsul vəziyyətdə yaşadıqlarını, onlara heç bir yerdən maddi kömək olunmadığını diqqətə çatdırıb:

“Yaşadığımız Müskürlü kəndindən Göyçay rayon Xəstəxanasına 20 km məsafədir. Hər gün oğlumu ora aparıb gətirməyə belə maddi imkanım yoxdur. Evimiz qəzalı vəziyyətdədir ki, hər an uça bilər. Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə bir dəfə də olsun Vətən müharibəsi qazisi olan ağır yaralı oğlumla maraqlanmayıb. Hansı ki, oğlum Rüstəmin qazi olmasından onun xəbəri var. Rüstəm hərbi xidmətdə ağır yaralanıb əmək qabiliyyətinin 90 faiz hissəsini itirdiyi üçün ona əlillik dərəcəsi təyin edilməldir. Buna bizim savadımız təcrübəmiz çatmır ki, Rüstəmin xəstəlik sənədlərini toplayıb lazımi orqana təqdim edək, nəticədə ona əlillik dərəcəsi təyin edilsin. Cənab Prezident, hörmətli Mehriban xanım, Sizlərdən xahiş edirəm ki, Vətən müharibəsi qazisi Məmmədov Rüstəm Ramazan oğlunun müalicəsinə və əlillik dərəcəsi almasına köməklik göstərəsiniz”.

Digər xəbərlər

Azərbaycanın regionları üzrə COVİD-19-a yoluxma statistikası
“Azərpoçt” MMC-yə yeni direktor təyin olundu
Vətən müharibəsi qazilərinə psixoloji yardım üçün Türkiyədən həkimlər gəlir
Erməni qoşunları Azərbaycan kəndlərini atəşə tutdular
Təcridxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır
Liviyaya qarşı sanksiyaların müddəti uzadıldı
Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı
Ermənilərin Gəncəyə bu gün atdığı raket 3 nəfəri yaraladı
“Bakı Metropoliteni”nin yığılmış zərəri 565 milyon manata çatıb
Bu strukturlara aid sənəd və informasiyaların poçtla göndərilməsi qadağan edildi
Günün qoroskopu -  17.12.2019
Azərbaycanda əmək kitabçaları LƏĞV EDİLİR: BUNDAN SONRA... -
Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək
Allahşükür Paşazadə Donald Trampa rəqib oldu
Borca görə müştərini öldürən mağaza sahibi tutuldu
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
Gün ərzində bilərəkdən SMS göndərən şəxslər cəzalandırıla bilərlər
Avropada qazın qiyməti sürətlə artır
İlin ilk Ay tutulması hadisəsi başa çatıb -
Vətən Müharibəsi Qəhrəmanlarına veriləcək təqaüdün məbləği açıqlanıb
"Qarabağ"ı qrup mərhələsinə yüksəldən qalibiyyət - VİDEO
Müəmmalı məhkəmə araşdırmasının sonu - Cızma-qara dəftərə sığan 5 milyon, 10 il həbs cəzası
"Qızıl Səadət"in 21 kiloqram qızılına görə general 400 min rüşvət istəyib?
MN: "Xankəndi üzərində Azərbaycana məxsus PUA vurulmayıb"
Kəlbəcərin təhvili uzadıldı: Ağdamın birinci qaytarılmasına gətirib çıxaran SƏBƏBLƏR
Oxçuçayı çirkləndirən erməni tutuldu – VİDEO
Prezident əhaliyə çağırış etdi
Müəllimlərin işə qəbulu ilə bağlı yeni qərarlar QƏBUL EDİLDİ
AVRO-2020-nin Bakıdakı oyunlarına biletlər neçəyədir?
Erməni silahlı bölmələri atəşkəsi 24 dəfə pozub
{sape_links}{sape_article}