Son dəqiqə
Aktual / Manset
9-12-2020, 16:33
7 162
Bakıda restoranda toy etmək istəyənlər Polis Bölməsinə gətirildi
Bakıda restoranların birində toy mərasimi keçirməyə cəhd olunub.
Belə ki, Suraxanı rayonunda yerləşən “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısı polis tərəfindən alınıb.
Toy mərasiminin təşkilatçısı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci Polis Bölməsinə gətiriliblər.
Hazırda bölmədə xüsusi karantin rejimi qaydalalarını pozaraq toy mərasimi keçirməyə cəhd edənlər, təşkilatçılar, iştirakçılar və restoranın rəhbərliyi barədə qanunauyğun olaraq tədbir görülür.
XeberTv.info