Son dəqiqə
13-12-2020, 08:52
4 858

Ermənistanın keçmiş baş naziri Azərbaycan ordusunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinə daxil olduğunu bildirir

Ermənistanın keçmiş baş naziri Azərbaycan ordusunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinə daxil olduğunu bildirir

Erməni tərəfinin işğaldan azad edilmiş Hadrut ətrafında törətdiyi terror əməllərindən sonra Azərbaycan ordusu keçmişdə eyni adlı rayonun inzibati ərazisinə daxil olmuş, hazırda isə Xocavəndin tərkibində olan Köhnə Tağlar və Çaylaqqala kəndlərinin yaraqlılardan təmizlənməsi əməliyyatını həyata keçirir. Bu haqda erməni mənbələri bildirir.

Ermənistanın keçmiş baş naziri Azərbaycan ordusunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinə daxil olduğunu bildirir


Məsələ burasındadır ki, noyabrın 10-da üçtərəfli bəyanat əsasında hərbi əməliyyatlar dayandırılanda həmin kəndlərdə hələ erməni yaraqlı dəstələri qalırdı. Lakin kəndlər hər tərəfdən Azərbaycan ordusunun nəzarətində idi, çünki həm Hadrut, həm Cəbrayıl, həm Laçın istiqamətindən Köhnə Tağlara və Çaylaqqalaya gedən yollar işğaldan azad edilmiş ərazilərdən keçir. Bununla belə Şuşanın Turşsu kəndi istiqamətindən bu kəndlərə dağlq, meşəlik ərazilərdən keçən, ancaq yüksək keçid qabiliyyətinə malik nəqliyyatın hərəkət edə biləcəyi yol var.

Ermənistanın keçmiş baş naziri Azərbaycan ordusunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinə daxil olduğunu bildirir



Belə görünür ki, fürsətdən istifadə edən ermənilər işğal edilmiş ərazilərin daxilində anklav vəziyyətdə qalan bu kəndlərə son günlər əlavə qüvvə cəmləşdiriblər və oradan platsdarm kimi istifadə edərək Hadrut ətrafında terror əməlləri törətməyə cəhd edirdilər. Həmin kəndlərdə yaşayan ermənilər isə çoxdan oranı tərk etmişdi. Çaylaqqala kəndindən Hadrut qəsəbəsinə qədər 35 kilometrlik məsafə var. Hər iki kənd bir-birindən xeyli aralıdır və bilavasitə yaxınlığında digər yaşayış məntəqələri yoxdur.

Və bu gün erməni tərəfi Azərbaycan ordusunun həmin kəndlərə tərəf irəlilədiyini bildirib. Çaylaqqaldakı qanunsuz erməni “administrasiyasının” rəhbəri Aleksandr Avanesyan axşam saatlarında “Kavkazskiy uzel”ə bildirib ki, Azərbaycan ordusu artıq Köhnə Tağlar kəndini nəzarətə götürüb. “Çaylaqqala (ermənilər kəndi “htsaberd” adlandırırlar) isə hər tərəfdən mühasirəyə alınıb”,-o deyib. Avanesyanın sözlərinə görə, Rusiya sülhməramlıları öz postlarındadır və baş verənlərə müdaxilə etmir. Lakin bəzi erməni mənbələri sülhməramlıların Çaylaqqala kəndində olduğunu bildirir.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə özünün Facebook səhifəsində baş nazir Nikol Paşinyana müraciət edib: “Nikol, Azərbaycanla sən daha nə haqda anlaşmısan? Hadrutun 2 kəndinə 500 Azərbaycan əsgəri hücum edir. Zirehli texnika cəmləşdirilir. Deyirlər: “Biz razılaşmışıq ki, həmin kəndlər bizə verilməlidir”. Nikol, sən daha nələr haqda anlaşmısan?”

Dağlıq Qarabağdakı qondarma "parlamentin deputatı" Ayk Xanumyan da az əvvəl Azərbaycan ordusunun Çaylaqqala və Köhnə Tağlar kəndlərini tamamilə nəzarətinə götürdüyünü təsdiq edib.

Qeyd edək ki, bu gün prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən erməni ordusunun qalıqlarının terror xarakterli təxribatlar törətdiyini bildirib və sərt şəkildə xəbərdarlıq edərək belə cəhdlərin davam edəcəyi təqdirdə Ermənistan ordusunun tamamilə darmadağın ediləcəyini deyib.


XeberTv.info

Digər xəbərlər

Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb
Cəbrayılın Şıxalıağalı kəndindən görüntülər - VİDEO
Messiyə 500 milyon avroluq fantastik təklif
Luiz Suarez "Barselona" ilə vidalaşdı
Hərbi Hava Qüvvələrimiz gecə təlimləri həyata keçirdi - VİDEO
Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.
Azərbaycanda vəzifəli şəxsdən “unikal” pul mənimsəmə üsulları: Cinayət işi açıldı, məhkəməlik oldu
Bügün dəyərli Bəstakarımızın doğum günüdür
Konfrans Liqası: Musa Qurbanlı İsveç klubunun start heyətində
Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...
Prezident “Yüksəliş” müsabiqəsi üçün 1 milyon pul ayırdı
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoru töhmət aldı
Yunis Hüseynov istefa verdi
Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi
Medianın İnkişafı Agentliyində görüş keçirilib - Fotolar
Xarici İşlər Nazirliyində struktur dəyişikliyi edilib
Daha iki kanalın yayımı dayandırılacaq
Ermənistan 1990-cı ilin yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır - XİN
Fərəc Quliyev həbs oluna bilər – prokurorluğa müraciət edildi
Bu gün deputatlar 18 məsələ üçün toplaşır
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Son sutkada daha 17 nəfər koronavirusa yoluxub
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Sabah qar yağacaq
Şamaxıda 9 yaşlı uşaq göldə batdı
Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
Bu gün onlar rəsmən deputat sayılacaq
Qızını döyməsi ilə bağlı ittihamlara cavab verdi
{sape_links}{sape_article}