Son dəqiqə
9-01-2021, 14:36
5 589

Min nəfəri icaze.e-gov.az-da qeydiyyatdan keçirənlər həbs edildi

Min nəfəri icaze.e-gov.az-da qeydiyyatdan keçirənlər həbs edildi


Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı dövlət orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

Bildirilir ki, Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəxslər saxlanılıblar.

Əməliyyat zamanı həmin şirkətlərdən birinin təsisçisi və direktoru olan Bakı şəhər sakini Səməd Hüseynzadənin 1 000 nəfərdən artıq vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.

Qeyd edilən iki dövlət qurumunun əməkdaşları tərəfindən birgə keçirilən daha bir analoji tədbir zamanı isə digər MMC-nin təsisçisi və direktoru olan Amil Əhmədov da saxlanılıb. Araşdırma zamanı onun saxta məlumatlar və sənədlər əsasında çoxsaylı vətəndaşları icaze portalından guya özünə məxsus şirkətdə işlədiklərinə dair qeydiyyatdan keçirdiyi məlum olub. Bununla da Amil Əhmədov həmin şəxslərə ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə qanunsuz şərait yaradıb.

Araşdırma zamanı qanunsuz qeydiyyatdan keçən şəxslərin heç birinin portalda göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri ləğv olunub.

Faktlarla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanılıb.MMC-lərin direktorları Səməd Hüseynzadə və Amil Əhmədov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Müvafiq araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



XeberTv.info

Digər xəbərlər

Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb
Cəbrayılın Şıxalıağalı kəndindən görüntülər - VİDEO
Messiyə 500 milyon avroluq fantastik təklif
Luiz Suarez "Barselona" ilə vidalaşdı
Hərbi Hava Qüvvələrimiz gecə təlimləri həyata keçirdi - VİDEO
Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.
Azərbaycanda vəzifəli şəxsdən “unikal” pul mənimsəmə üsulları: Cinayət işi açıldı, məhkəməlik oldu
Bügün dəyərli Bəstakarımızın doğum günüdür
Konfrans Liqası: Musa Qurbanlı İsveç klubunun start heyətində
Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...
Prezident “Yüksəliş” müsabiqəsi üçün 1 milyon pul ayırdı
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoru töhmət aldı
Yunis Hüseynov istefa verdi
Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi
Medianın İnkişafı Agentliyində görüş keçirilib - Fotolar
Xarici İşlər Nazirliyində struktur dəyişikliyi edilib
Daha iki kanalın yayımı dayandırılacaq
Ermənistan 1990-cı ilin yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır - XİN
Fərəc Quliyev həbs oluna bilər – prokurorluğa müraciət edildi
Bu gün deputatlar 18 məsələ üçün toplaşır
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Son sutkada daha 17 nəfər koronavirusa yoluxub
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Sabah qar yağacaq
Şamaxıda 9 yaşlı uşaq göldə batdı
Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
Bu gün onlar rəsmən deputat sayılacaq
Qızını döyməsi ilə bağlı ittihamlara cavab verdi
{sape_links}{sape_article}