Son dəqiqə
İdman
19-01-2021, 17:30
4 986
Messinin cəzası açıqlandı
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin cəzası bəlli olub.
Belə ki, 34 yaşlı hücumçuya 2 oyunluq cəza kəsilib.
Bununla da argentinalı forvard İspaniya Kubokunda "Kornelli" və La Liqada "Elçe" ilə matçları buraxmalı olacaq. Qarşılaşmalar isə müvafiq olaraq yanvarın 21-də və 24-də gerçəkləşəcək.
Qeyd edək ki, Lionel Messi ölkə superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.
XeberTv.info