Son dəqiqə
4-02-2021, 20:00
5 332

“Qorxuram, Səlim Müslümov bu dəfə azad edilib baş nazir ola…”

“Qorxuram, Səlim Müslümov bu dəfə azad edilib baş nazir ola…”


Hüquqşünas Aslan İsmayılov “Yeni Sabah” saytına müsahibə verib:

XeberTv.info həmin müsahibəni təqdim edir:

- Aslan bəy, sabiq nazir Səlim Müslümov həbs olundu. Həbs qərarını necə qiymətləndirirsiniz?

- Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov məhkəmə qərarı ilə həbs olundu. Səlim Müslümov əvvəllər də həbs edilmişdi və həbsdən sonra daha da yüksəlib nazir oldu. Qorxuram bu dəfə də azad olub Baş Nazir ola. Qeyd edim ki, Səlim Müslümov vəzifədə olmuş məmurlar sırasında korrupsiya sahəsinin ən mükəmməl "professor"udur. Məhz onun maxinasiyaları sayəsində on minlərlə təqaüdçünün, əlilin haqqı yeyildi, on minlərlə fırıldaqçı isə heç bir hüququ olmadan təqaüdlər, müavinətlər aldı. Həyat ədalətlidir deyəndə belə işləri nəzərdə tutmuşam. Ancaq çox heyif ki, Azərbaycanda ədalət yerini tutana qədər yüz minlərin haqqı yeyilir.

- Sizcə, bundan sonra həbs dalğası davam etməlidirmi? Hansı məmurlar həbs olunmalıdır?

- Bəli. Başqa məmurlar da həbs olunmalıdır, Ziya Məmmədov, Əli Həsənov, Cahangir Əsgərov, “Qaçqınkom” Əli Həsənov və bütün dəstəsi həbs olunmalıdır. Onlar milyardları oğurlayıb, aparıb gedib.

- Prezident son çıxışında məmurların adını çəkdi, sizcə, vəziyyətin bu həddə çatmasına səbəb nə oldu?

- Bizim ən böyük problemimiz odur ki, hər şeyi bir nəfərdən gözləyirik. Biz vətəndaş olaraq hamımız tələb etməliyik. Yeyintiyə yol vermiş adamlar sadəcə vəzifədən çıxıb getməklə kifayətlənməməlidirlər. Amma mən indi əksini görürəm. Əli Həsənov 100 milyonları oğurlayıb. Mən bu barədə yazıram, yazanda da deyirlər ki, Aslan İsmayılov şəxsi münasibətini çürüdür, mənim Əli Həsənovla nə şəxsi münasibətim, nə də biznesim olub. O, həm dövlətin əmlakını mənimsəyib, həm də bu xalqın əxlaqına, mədəniyyətinə ermənidən daha pis zərbə vurub. Məhz Əli Həsənov Azərbaycanda reket jurnalistikasını yetirib ki, onun kökünü kəsmək mümkün deyil.

- Belə həbslər olan zaman sosial şəbəkələrdə bəzən yazırlar ki, bu heç də onların həbsi deyil, gündəmi dəyişmək üçündür. Buna münasibətiniz necədir?

- Onu deyə bilmərəm, amma bu qədər zarafat olarmı? Mən ad çəkmək istəmirəm. Bəs onlar mübarizəni necə görürlər? 6 nəfər İcra Başçısı, nazir müavini həbs olunub. Onlar o qədər öyrəşiblər ki, bir tərəfdən həbs olunub, digər tərəfdən yenə eyni addımı atır. Bunun da günahkarı Azərbaycan vətəndaşlarıdır. Ona görə ki, biz qorxağıq, haqqımızı yeyirlər, susuruq, özümüzə lazım olanda rüşvət verib məsələ həll etmək istəyirik. Həmin Səlim Müslümova minlərlə insan rüşvət verib ki, qanunsuz əlillik sənədi alsın.

- Bəs nəyə görə Səlim Müslümovun həbsi bu qədər yubadıldı?

- Mən belə şeyə qarşı etirazımı bildirirəm. Bu gün Əli Həsənovun cinayətləri göz qabağındadır. Niyə həbs olunmur? Ziya Məmmədov ölkəni bu qədər tarü-mar edib. Bəs niyə həbs edilmir? Mən hələ vəzifədən gedənlərin adını çəkirəm. Hazırda vəzifədə oturan məmur oliqarxların da hamısını həbs eləmək lazımdır. Bu dəqiqə yoxlama olsa, hansını araşdırsalar, altından 100 milyonlarla yeyinti çıxacaq.

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}