Son dəqiqə
Aktual / Səhiyyə
8-02-2021, 10:13
4 558
Koronavirusa yoluxanlar 6 aydan sonra peyvənd oluna bilərlər
Koronavirusa yoluxan şəxslər 6 aydan sonra peyvənd oluna bilərlər.
Bu barədə TƏBİB-in feysbuk səhifəsində məlumat verilib.
Bildirilir ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir: “6 aydan sonra (tibbi cəhətdən qandakı anticisimlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər”.
Qeyd edək ki, fevralın 5-dən etibarən yaşı 65-dən yuxarı olan və həmçinin son 1 il ərzində “COVID-19” analiz nəticəsi pozitiv olmayan vətəndaşların peyvənd olunması ilə bağlı elektron qeydiyyat aktivləşib. Randevu.its.gov.az saytında qeydiyyatdan keçən şəxslərin bu gündən etibarən peyvəndlənməsinə başlanılır.
XeberTv.info