Son dəqiqə
Cəmiyyət / Səhiyyə
9-02-2021, 14:22
4 257
Sabahdan ATU-nun klinikası normal fəaliyyətini bərpa edir
Sabahdan Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikası normal fəaliyyətini bərpa edir.
Belə ki, bir müddətdir koronavirusla mübarizə çərçivəsində pandemik xəstəxana kimi fəaliyyət göstərən Tədris-Terapevtik Klinikasının radiologiya şöbəsi, rentgen kabineti sabahdan hər zaman olduğu kimi xəstələrin qəbulunu, müayinəsini həyata keçirəcək.
Xatırladaq ki, ATU-nun Tədris-Terapevtik Klinikası pandemiyanın ilk dövrlərindən koronavirusa yoluxan xəstələrin müalicəsi üçün ayrılmışdı.
XeberTv.info