Son dəqiqə
Dünya
16-02-2021, 19:40
4 764
Tanınmış otellər şəbəkəsinin başçısı vəfat edib
“Marriott International” otellər şəbəkəsinin prezidenti və baş direktoru Arne Sorenson 62 yaşında dünyasını dəyişib.
Bu barədə şirkətin məlumatında qeyd olunub.
Xatırladaq ki, 2019-cu ildə Arne Sorensonda mədəaltı vəzi xərçəngi aşkarlanmışdı. Cari ilin fevral ayında amerikalı biznesmen xəstəliyin ağır müalicəsi ilə bağlı iş qrafikini qısaltmaq qərarını vermişdi.
XeberTv.info