Son dəqiqə
21-02-2021, 09:04
4 515

“Putinin yerinə o gələcək” – Daha bir polkovnik

“Putinin yerinə o gələcək” – Daha bir polkovnik


Vladimir Putinin hakimiyyətdən gedəndən sonra onu əvəz edəcək şəxs haqda iddialar həm Qərb, həm də Rusiya mediasında zaman-zaman gündəmə gələn mövzulardandır.

Prezident seçkilərinə hələ 3 il qalsa da, ötən ilin əvvəllərindən başlayaraq qəbul olunan bir sıra qanunlar, xüsusilə də eks-prezidentlərin və onların ailə üzvülərinin toxunulmazlıq, eks-prezidentlərə Federal Məclisinin ömürlük üzvü olmaq hüquq verilməsi Putinin hakimiyyətdən vaxtından əvvəl gedəcəyi ilə bağlı mövzunu daha da aktuallaşdırıb.

Putini əvəz edə biləcək namizədlər arasında kimlər yoxdur ki? Baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, indiki kənd təsərrüfatı naziri Dmitri Patruşev, Xarici Kəşfiyyat xidmətinin rəisi Sergey Narışkin və s.

Ötən ay İsveçrə mətbuatı Putinin xələfləri sırasında Tula vilayətinin hazırki qubernatoru Aleksey Dyuminin şanslarından yazıb. Rusiya prezidentinin şəxsi mühafizə xidmətində olmuş Dyumin daha sonra bir sıra vəzifələrdə çalışıb. Qərb analitikləri onun namizdəliyinin həm Rusiya vətəndaşlarının, həm də ölkə elitasının maraqlarına cavab verəcəyini qeyd edir.

Tanınmış rusiyalı iqtisadçı Dmitri Potapenko da mümkün varis planı haqda maraqlı versiya irəli sürüb. Məşhur iqtisadçı YouTube kanalında SPETSTV-yə verdiyi müsahibədə Rusiyanın gələcək prezidentinin portret cizgilərini belə təsvir edib: "İndi polkovniklərin (Putinə işarə edir) dövrüdür. Amma 3-4 ildən sonra yeni Yeltsin gələcək. Hazırda həmin şəxsin 45 yaşı var, polkovnikdir və orta vəzifədə işləyir. Belə bir yolla getdiyimiz çox kədərlidir. Deməli, qeyri-demokratlar hələ qarşıdadır”.

Xatırladaq ki, Vladimir Jirinovski bu yaxınlarda bildirib ki, əgər hazırkı prezident Vladimir Putin beşinci dəfə seçilməsə, Kreml prezident seçkisinə 2024-cü ildə məlum olmayan namizəd irəli sürəcək.

Siyasətçi qeyd edib ki, onun əvvəllər Putinin mümkün varisləri adlandırdığı insanlar, sadəcə, ölkənin ali siyasi rəhbərliyinə daxildirlər və onlardan yalnız birinin namizədliyi nəzərdən keçirilə bilər.

“Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktov isə mümkün varislər sırasında Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin və Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin daha çox şanslı olduğunu deyib.O, Putinin hər iki şəxsi ehtiyatda saxladığını bildirib.“Narışkinin namizəd olmasını sübut edən əsas məqamlardan biri onun tam olaraq tənqiddən kənarda qalmasıdır” deyə, Venediktov fikrini belə əsaslandırıb.

Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də varis siyahısında olan şəxslərdir.(musavat)

XeberTv.info

Digər xəbərlər

Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Bakıdan kiyevlilərə 30 tondan çox humanitar yardım göndərildi
Distant təhsilin müddəti uzadıldı
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir
İlham Əliyev:  “Atəşkəsin bərpa edilməsi müzakirə mövzusu ola bilməz”
Bayden İlham Əliyevə məktub YAZDI
“Premium Clinic”də gizlədilən ölüm hadisəsi - İTTİHAM
Zakir Həsənov Türkiyənin milli müdafiə naziri və baş qərargah rəisinə təbrik məktubu ünvanlayıb
Qulu Məhərrəmli Mirşahini və telekanal rəhbərlərini debata çağırdı - VİDEO
Düşmən Zəngilan istiqamətində hücuma cəhd göstərdi: Canlı qüvvəsi məhv edildi
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
1 milyondan çox vətəndaşı yoluxsa da, maskadan imtinaya çağırdı
Partiya sədrindən Sahil Babayevə İTTİHAMLAR... - VİDEO
Ərdoğan: “ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi İraq və Suriyadan da çıxmalıdır...”
Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı azalıb
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
Yevlax rayon xəstəxanasında baş həkimin otağına yol tualetdən keçir
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Bakıda oğul və gəlin birləşib ananı döydülər
Azərbaycanda toyuna bir həftə qalmış qəzaya düşərək ölən oğlanın nişanlısı da vəfat etdi
Azərbaycanda günəş elektrik stansiyası tikiləcək
Bayılda polis bölməsi qarşısında adam bıçaqlandı — VİDEO
Prezident deputatı təltif etdi - FOTO
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Makiyajdan imtina edən dünya ulduzu tanınmaz halda - Fotolar
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
BU `MAHAL` KİMİNDİR BELƏ?.. - ETİRAZ
“Qarabağ” Qəbələyə getməkdən imtina etdi
Erməni tərəfi 3330 hərbçisinin öldüyünü təsdiqlədi
{sape_links}{sape_article}