Son dəqiqə
23-02-2021, 11:01
4 457

Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı

Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı


AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi institutlara məktub göndərərək onlara 2018-ci ildə verilmiş bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

O bildirib ki, bununla bağlı AMEA əməkdaşlarına ötən gün məlumat verilib: “Onlar bildirirlər ki, bağ sahələrinin əllərindən alınması tapşırığı birbaşa Ramiz Mehdiyevdən gəlib və AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlıdırlar, bu işdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən akademik Qərib Məmmədov, İşlər idarəsinin müdirinin keçmiş müavini Sərdar Əliyev və “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin direktoru Vəliyəddin İbrahimov xüsusi rol oynayırlar”.

Bu barədə AMEA-nın əməkdaşları faktı təsdiqləyib və bildiriblər ki, artıq onlara torpağın əllərindən alınması barədə məlumat verilib: "Dünən bu məsələ ilə bağlı iclas keçirilib və qərar da orada verilib".

AMEA-nin Mətbuat və İnformasiya şöbəsinin əməkaşı Gülnar Hacıyeva isə bildirib ki, hər gün AMEA prezidenti Ramiz Mehdiyevlə görüşsələr də, belə bir məlumatdan xəbərsizdirlər: “Bunları hardan tapıb yazırlar? Nə qədər qeyri-peşəkar insanlardırlar. Belə bir şey ola bilməz. O nə qərardır? Belə bir sənəd yoxdur axı. Elə bir şey ola bilər? 500 əməkdaşın əlindən bağ sahəsini almaq nə deməkdir? Bunlar hamısı yalandır”.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə ayrılıb.(qafqazinfo)

XeberTv.info

Digər xəbərlər

Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Bakıdan kiyevlilərə 30 tondan çox humanitar yardım göndərildi
Distant təhsilin müddəti uzadıldı
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir
İlham Əliyev:  “Atəşkəsin bərpa edilməsi müzakirə mövzusu ola bilməz”
Bayden İlham Əliyevə məktub YAZDI
“Premium Clinic”də gizlədilən ölüm hadisəsi - İTTİHAM
Zakir Həsənov Türkiyənin milli müdafiə naziri və baş qərargah rəisinə təbrik məktubu ünvanlayıb
Qulu Məhərrəmli Mirşahini və telekanal rəhbərlərini debata çağırdı - VİDEO
Düşmən Zəngilan istiqamətində hücuma cəhd göstərdi: Canlı qüvvəsi məhv edildi
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
1 milyondan çox vətəndaşı yoluxsa da, maskadan imtinaya çağırdı
Partiya sədrindən Sahil Babayevə İTTİHAMLAR... - VİDEO
Ərdoğan: “ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi İraq və Suriyadan da çıxmalıdır...”
Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı azalıb
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
Yevlax rayon xəstəxanasında baş həkimin otağına yol tualetdən keçir
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Bakıda oğul və gəlin birləşib ananı döydülər
Azərbaycanda toyuna bir həftə qalmış qəzaya düşərək ölən oğlanın nişanlısı da vəfat etdi
Azərbaycanda günəş elektrik stansiyası tikiləcək
Bayılda polis bölməsi qarşısında adam bıçaqlandı — VİDEO
Prezident deputatı təltif etdi - FOTO
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Makiyajdan imtina edən dünya ulduzu tanınmaz halda - Fotolar
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
BU `MAHAL` KİMİNDİR BELƏ?.. - ETİRAZ
“Qarabağ” Qəbələyə getməkdən imtina etdi
Erməni tərəfi 3330 hərbçisinin öldüyünü təsdiqlədi
{sape_links}{sape_article}