Son dəqiqə
Dünya
23-02-2021, 11:32
4 363
Türkiyədə fransız qadın terrorçu saxlanıldı
İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarılan İŞİD üzvü Fransa vətəndaşı Sara Talıb Türkiyənin Ankara şəhərində saxlanılıb.
XeberTv.info “Hürriyet”ə istinadən məlumat verir ki, Ankara polisinin axtarış-əməliyyat tədbirləri nəticəsində Talıbın xaricə qaçmaq üçün Fransa səfirliyinə müraciət edəcəyi müəyyən olunub.
Polisin izləməsi nəticəsində Talıb səfirlik binasına 200 metr qalmış saxlanılıb. Onun barəsində istintaq prosesinin davam etdiyi bildirilib.