Son dəqiqə
Kriminal
24-02-2021, 08:38
4 562
Arvadını küt alətlə döydü, dostunu isə bıçaqladı
Şəmkir rayonunda kişi qısqanclıq zəminində arvadını döyüb, dostunu isə bıçaqlayıb.
Məlumata görə, rayon sakini, 1993-cü il təvəllüdlü Siyavuş Pənahov arvadı, 1995-ci il təvəllüdlü Gülşən Pənahovanı döyüb və ona küt alətlə xəsarət yetirib.
S. Pənahov daha sonra isə dostu, 1996-cı il təvəllüdlü Misafi Cəfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.
M. Cəfərov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XeberTv.info