Son dəqiqə
4-03-2021, 12:48
4 137

Abel Məhərrəmov: “Bizim yerimizə cavanlar gəlməlidir də…”

Abel Məhərrəmov: “Bizim yerimizə cavanlar gəlməlidir də…”


Xəbər verdiyimiz kimi, sabah YAP-ın növbədənkənar qurultayı keçiriləcək. Qurultayda bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılacağı istisna edilmir.

YAP rəhbərliyinin daha çox gəncləşəcəyi deyilir.

XeberTv.info-nun məlumatına görə, YAP-ın İdarə Heyətinin üzvü Abel Məhərrəmov Pravda.az-a açıqlamasında bildirib ki, bütün sahələrdə cavanlaşdırma siyasəti reallaşdırılmalıdır: “​Əgər belə məsləhət olarsa, mən tam razıyam, heç bir narahatlıq yoxdur. Yeni Azərbaycan Partiyasının növbəti qurultayı ilə bağlı bizə gündəlik təqdim olunmayıb, ona görə də dəqiq hansı dəyişikliklərin nəzərdə tutulduğunu bilmirik. Həmçinin bəzi kadrların YAP-ın İdarə Heyətindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı haqda heç bir məlumatım yoxdur. Cavanlaşdırma siyasəti ilə bağlı atılan bütün addımları isə müsbət qiymətləndirirəm. Ehtimal edirəm ki, xidmətdə olan cavan kadrlara yer verirlər. Bizim yerimizə cavanlar gəlməlidir də, elə daim biz qalası deyilik ki. Kommunist partiyası deyil ki, bir adam axıra kimi getsin. Cavanlaşdırma siyasəti ölkə üçün vacib faktordur”.

Səbail rayon təşkilatının sədri, sabiq deputat Şəmsəddin Hacıyev Modern.az-a açıqlamasında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının (YAP) bütün rayon təşkilatlarının sədrləri sabahkı qurultaya dəvət olunub.

O, YAP üzvlərinin bu gün COVID-19 testi verdiyini də qeyd edib.

Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasında aparılacaq islahatlardan da söz açıb:

“Yeni Azərbaycan Partiyasında struktur dəyişiklikləri ola bilər. Yeni tələblər mövcuddur. Dünya dəyişir. Ölkəmizdə cənab Prezidentin başçılığı ilə islahatlar həyata keçirilir. Yeni Azərbaycan Partiyasında da islahatların aparılması normaldır. Biz partiyanın əsgərləriyik. İllərdir ki, ölkə başçısının siyasi fəaliyyətini dəstəkləyirik. Sabahkı qurultayda nə qərar veriləcəksə, biz də ona tabe olacağıq”.

Digər xəbərlər

Sabahın hava proqnozu
Azərbaycanlı atlet beynəlxalq yarışda birinci oldu
Paranoid şizofreniya xəstəsinin pensiyası kəsildi - VİDEO
"Paşinyanla istənilən vaxt danışmağa hazıram..."
Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
Rəcəbov yenə  Aronyanla qarşılaşacaq
Xoş istirahətlər.
BDU-nu əslində kim idarə edir? - İDDİA
Əhəd Abıyev Daşkəsəni niyə tərk edib? — "Tədbirə qatılmışam"
Sabah 29 dərəcə İSTİ OLACAQ
Hulusi Akar: “Generallarımız və işçilərimiz Qarabağdadır”
“Qurd Qapısı”nda VƏHŞİLİK...
Prezidentdən yeni təyinat
Rüstəm Muradov Hadrutdakı son vəziyyətdən danışdı
Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü - BAKIDA FACİƏ
Zakir Fərəcovun Sumqayıtda bələdiyyə oyunu: Sərvis Süleymanov kimdir?
Sel çəkildi: ortaya çıxan görüntülər insanları dəhşətə saldı -
Prokurorluq Azərbaycanda xəstəxana direktorunun cinayət əməlləri barədə məlumat yayıb
Həftəsonu nəqliyyatın hərəkəti bərpa ediləcək? - AÇIQLAMA
Əfqan Nağıyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib
Azərbaycanda zəlzələ olub
Sağalanların sayı bu gün də yoluxanları keçdi
Şoyqu sülhməramlıların Qarabağda yerləşdirilməsi planlarından danışdı
Astara sakinindən beş kiloqramdan çox narkotik vasitə aşkarlanıb
MN: "Nazirliyə döyüşlərə qatılmaq istəyən on minlərlə könüllünün müraciəti daxil olub"
Azərbaycanda şirkət rəsmilərinə cinayət işi açıldı
Almaniyada polis komissarı olan azərbaycanlı gözəl - FOTOLAR
Salfetin içində narkotik satılması ilə bağlı yalan məlumat yayan şəxs saxlanıldı
İlham Əliyev Mixail Qusmanı təltif etdi
{sape_links}{sape_article}