Son dəqiqə
19-03-2021, 15:04
4 978

"Unibank" Qarabağ qazisini elə vəziyyətə salıb ki... (VİDEO)

"Unibank" Qarabağ qazisini elə vəziyyətə salıb ki... (VİDEO)


Həyat yoldaşının adına bankdan aldığı krediti tam ödəyib, ancaq bank həmin şəxsin hələ də kredit borcu olduğunu iddia edərək onu məhkəməyə verib.

Bu iddia ilə paytaxt sakini, Qarabağ qazisi Mansur Bayramov "Xəzər Xəbər"ə müraciət edib.

Onun sözlərinə görə, həyat yoldaşı Zeynəb Bayramovanın adına 2014-cü ildə "Unibank''ın Nizami rayon filialından 4600 manat, bir il sonra isə həmin şəxsin adına əlavə 1000 manat kredit alıb.

Kredit götürülən zaman müştəriyə pul manatla ödənilib, amma müqavilədə məbləğ dollarla rəsmiləşdirilib.

Mansur Bayramov iddia edir ki, götürdüyü kreditə görə hər ay vaxtı-vaxtında banka pul ödəyib. Hətta əlində bunu sübut edən müvafiq qəbzlər də var. Bir müddət keçdikdən sonra devalvasiya səbəbindən ödədiyi məbləğə görə 3600 manat kompensasiya kimi ona geri qaytarılıb.

Mansur Bayramov iddia edir ki, bankın filialından onlara kredit borcunun bitdiyi bildirilib. Ancaq bir il keçdikdən sonra məlum olub ki, bank onun həyat yoldaşını, yəni kredit götürən şəxsi Nizami rayon məhkəməsinə verib. Məhkəmə bununla bağlı qərar da çıxarıb.

Nizami rayon məhkəməsi qərar verib ki, borclunun əməkhaqqından borc bitənədək 50 faiz tutulub bankın hesabına köçürülməlidir. Bu qərar isə Mansur Bayramovu çıxılmaz vəziyyətə salıb.

Məsələ ilə bağlı bankdan ''Xəzər Xəbər''ə bildirildi ki, müştəri şəxsən banka yaxınlaşaraq şikayətini bildirməlidir. Məhz bundan sonra müştərinin problemi ətraflı araşdırılacaq və müvafiq qərar qəbul olunacaq.

Vəkil Anar Ramazanov isə deyir ki, şikayətçi Azərbaycan Kredit Bürosuna müraciət edərək kredit öhdəlikləri ilə bağlı məlumat ala bilər. Bu zaman bəlli olacaq ki, həmin kredit dövlət reyestrində açıq kredit kimi göstərilib, ya yox. Bundan başqa, Mansur Bayramov məhkəmənin qərarından apelyasiya şikayəti də verə bilər.

Mansur Bayramov məhkəmə qərarından apelyasiya məhkəməsinə müraciət edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}