Son dəqiqə
Səhiyyə
4-04-2021, 16:40
3 951
Səhiyyə nazirinin müavini: “Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var”
Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var.
Bunu səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
Səhiyyə nazirinin müavini deyib ki, ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur: “Yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir”.
XəbərTv.info