Son dəqiqə
22-11-2020, 18:55
5 214

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO


İkinci Qarabağ Müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı.

Onlar Azərbaycan xalqının 28 illik vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq.

Müharibə şəhidsiz olmur. Bu da müharibənin yazılmamış qanunlarından biridir. Elə bir müddət əvvəl şəhadətə qovuşan mayor Aqşin İbadov da torpaqları uğrundan canından keçdi. Düşmənə baş əyməyən, sona qədər qəhrəmancasına vuruşan mayor Aqşin İbadov Zəngilan istiqamətində gedən döuüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO


Onun vətənə əmanəti ömür-gün yoldaşı və 14 günlük qızı qalıb.

XeberTv.info bildirir ki, şəhid mayor Aqşin İbadovun həyat yoldaşı Məhsəti İbadova Oxu.Az-a açıqlamasında, Aqşinin qızını cəmi bir neçə gün görə bildiyini deyib:

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO


“Qızını cəmi bir neçə gün gördü. Bizimlə elə sağollaşdı ki, sanki bir daha qayıtmayacağını hiss edirdi. Şəhid olacağını bilirdi. Aqşin çox vətənpərvər insan olub. O, peşəkar hərbçi, mayor və qayğıkeş ailə başçısı idi.

Döyüşlər başlayanda biz Türkiyədə idik. Azərbaycanın haqq davasında, torpaqlarımızın işğaldan azad olunması üçün hər fürsəti dəyərləndirirdi. Biz sentyabrın sonlarında Azərbaycana gəldik və sentyabrın 30-da Aqşin ön cəbhəyə getdi.

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO


Aqşin Türkiyədə təhsil almışdı. Vətəninə bağlı idi. Onun yoxluğu mənim üçün ağır olsa da, tək təsəllim torpaqlarımız uğrunda şəhid olmasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün Azərbaycanın işğal altında olan torpaqları artıq azad olunub. Aqşinin də, digər şəhidlərimizin də qanı yerdə qalmadı”.

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO


Şəhid mayorun həyat yoldaşı deyir ki, Aqşin şəhid olmazdan qabaq telefonunda qeyd yazıb:

“Telefonuna hər şeyi qeyd edərdi. Bilirdim ki, bu dəfə də nəsə yazıb. Telefonunu mənə gətirən kimi qeydlərin içərisinə baxdım. Orada mənə yazılan son məktubunu gördüm. Onun mənə son sözlərini də belə bildim”.

Mayor mobil telefonundakı son qeydi:

“Narahatlıq. Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir. İçimdəki səs bu qədər mükəmməlik və xoşbəxtliyin davamında bir şeylər olacağını deyir. Susdurmaq istəsəm də bu səsi, susmur. Hər şey, Hərbi Akademiya, evlilik təklifi, Türkiyə, nişan, nikah, qız toyu, öz toyum, təkrar Türkiyə, bir-birini əvəz edən xoşbəxt günlər, qızımızın dünyaya gəlməsi. Allahım, sənə şükürlər olsun!

Bu qədər gözəlliyin davamında şəhadətə sevinc və könül rahatlığı ilə addımlamağa hazıram. Çünki övladımı əxlaqlı, imanlı, vicdanlı və vətənpərvər ruhda böyüdəcək və şəhadətimin qisasını alması üçün qızımı sağlam ruhda tərbiyə edəcək sevdiyim qadın, həyat yoldaşım, can dostum var. Məsi, səni sevirəm əzizim! Allaha əmanət ol!”


Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO


Xatırladaq ki, 1984-cü il təvəllüdlü İbadov Aqşin Nizami oğlu Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdu. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə tarix yazan, şəhidlik zirvəsinə ucalan Azərbaycan ordusunun mayoru Aqşin İbadovun peşəkar hərbçi idi.

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO


Allah rəhmət eləsin!

XeberTv.info

Digər xəbərlər

Məzahir Pənahov: “Kişi namizədlərin hamısı haqqında bunu demək olmaz”
"Baku Medical Plaza”da tüstülənmə olub - VİDEO
Beşqat dünya çempionu Bakıda zəhərlənib -
Ərdoğan: “Makron siyasəti öyrənə bilməyib”
Ermənistanın keçmiş müdafiə naziri döyüşlərdə ağır yaralandı
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar aşkarlandı - FOTOLAR
Təhsil Nazirliyi: "Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlar yanlışdır
"İTV-nin fantastik qiymətləri namizədlərin əksəriyyəti üçün əlçatan deyil" - ETİRAZ
Çay həvəskarları üçün faydalı məsləhətlər
Ermənilər mövqelərimizi atəşə tutdu
Ötən gün general rütbəsi verilən erməni hərbçi məhv edildi
Putin Serbiya prezidentindən üzr istədi - SƏBƏB
Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
Bakıda avtomobil evakuatorla toqquşdu
İlham Əliyev: “Peyvəndi gözləyirik, ondan sonra normal həyat bərpa ediləcək”
Zakir Həsənovla Rusiyanın Müdafiə naziri arasında telefon danışığı olub
Ekvador həbsxanalarında qiyam: 50-dən çox məhkum öldü
Qonşuların davası qanla bitdi
“Yüz min manatdan çox olan pullar vergiyə cəlb edilməlidir” – Millət vəkili
Daha bir Qazimiz ədalətsizliyin QURBANIDIR... - VIDEO
Müharibə Ukraynaya nə qədər zərər vurub?
Paşinyan xarici işlər naziri Ara Ayvazyanı vəzifəsindən azad etmək istəyir
Fateh Terim Bakıda mətbuat konfransı keçirdi - Video
Nobel mükafatçısı dünyasını dəyişdi
Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub
Metro stansiyalarının sayı 25-dən 51-ə çatdırılacaq
ATV Şuşa, Laçın və Kəlbəcərdə yayım üçün MTRŞ-yə müraciət etdi
ADU Gülnarə Cəfərovanın vergi borcu olan şirkətini tenderində qalib elan etdi
Dünyanı mat qoyan kadrlar – VİDEO
“Bayraktar” niyə rus HHM sistemləri tərəfindən yaxalana bilmir? - Bir uğurun iki sirri
{sape_links}{sape_article}