Son dəqiqə
13-04-2021, 12:43
4 791

Sahil Babayevə cinayət işi açılmalıdır — “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

Sahil Babayevə cinayət işi açılmalıdır — “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”


"Sahil Babayev nazirliyi özünün qardaşı, bacanaqları, qohum-əqrəbası və dostları ilə doldurub”.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saxta əlililik dərəcəsi verildiyini əsas gətirməklə 90 min əlilliyi olan şəxsi bu hüquqdan məhrum etməsinə münasibət bildirərkən, ekspert Cümşüd Nuriyev deyib:

"Başda nazir olmaqla, burada oturanlar təcrübəsi olmayan qeyri-peşəkarlardan ibarətdir. Nazirlikdə həddən çox özbaşınalığa yol verirlər. Ağıllarına nə gəldi, onu da edirlər. Əliliyi kəsilənlərdən biri Ağsuda yaşayan qohumumdur. Anadangəlmə raxid olan Zülfüqarova Məleykə Ağaməmməd qızı 37 ildir ki, pensiya alırdı. Ancaq 37 ildən sonra ƏƏSMN-nin işçiləri onun guya sağlam olduğunu kəşf ediblər”.

Həmsöhbətimiz nazirlikdəki neqativ hallardan söz açıb: "Dünyanın əksər ölkələrində belə bir nazirlik fəaliyyət göstərmir. Pensiya yığımı Dövlət Sosial Müdafiə Fondunda cəmləşməlidir. Qalan işlər isə Səhiyyə Nazirliyinə verilməlidir. ƏƏSMN-nin yaratdığı "Dost mərkəzləri” də başdan ayağa qanunları tapdalayan quruma çevrilib”.

C.Nuriyev sözügedən qurumu diskriminasiyaya yol verməkdə suçlayıb: "15 ildən çox dövlət qulluğunda çalışsam da, 263 manat təqaüd alıram. Biabırçılıqdır. Mənimlə bərabər seçilən başqa deputata isə tamam fərqli münasibət göstərilib. İnsanlara münasibətdə yaradılan bu özbaşınalıq qurumda diskriminasiyanın mövcud olmasından xəbər verir.

ƏƏSMN hazırda Azərbaycan xalqını dövlətin əleyhinə qaldırmaqla məşğuldur. 90 min adam 90 min taledir. Nə ixtiyarınız var ki, həkimlərin verdiyi sənədləri qeyri-qanuni hesab edirsiniz?

Sahil Babayev nazirliyi özünün qardaşı, bacanaqları, qohum-əqrəbası və dostları ilə doldurub. Baş verən olayla bağlı olaraq ona cinayət işi qaldırılmalıdır. Sənin nə ixtiyarın var ki, insanların pensiyasını, yardımını kəsirsən? Bu nazirlikdəki özbaşınalığa son qoyulmalıdır”.(sfera.az)

XəbərTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}