Son dəqiqə
14-04-2021, 08:31
4 488

"Kənd soveti deyir 200 manat, ya da bir quzu gətir, sənədlərini düzəldim-İDDİA/VİDEO

"Kənd soveti deyir 200 manat, ya da bir quzu gətir, sənədlərini düzəldim-İDDİA/VİDEO



“Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır”

“Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, özünü təvazökar aparmalıdır.”

İLHAM ƏLİYEV


Amma, gəlin görək məmurlar Cənab Prezidentin bu qəti ifadələrindən nə dərəcədə nəticə çıxarırlar?!
Ümumiyyətlə nəticə çıxarırlarmı?

Çox təəssüflər olsun ki, xalqa xidmət etmək üçün Prezident tərəfindən vəzifəyə təyin olunan məmurlar, özləri xalqa xidmət etmək yerinə, xalqı özlərinin nəyinki xidmətçisi, hətta nökərləri hesab edirlər desək, yanılmarıq.
“Xərac xurcunları”nı doldurmalarını xalqdan tələb etmək, xalqı talan etmək, onların əməyini istismar etməkdir ki, bunun da öhdəsindən bizim bəzi yerli İcra orqanları, yerli səlahiyyət sahibləri “layiqincə” gəlməyi bacarırlar.

Bizim son zamanlar yerli icra məmurları haqqında olan sərt mövqeyimiz bir çox İcra orqanlarında hiddət doğurub. Amma, əslində düşünmələri lazımdır ki, bizi tanımayan insanları bizim haqqımızda bu cür düşünməyə nə vadar edir???
DogruXeber.az İnformasiya agentliyi heç vaxt, heç kimsə ilə qərəzli ədavət aparmır və öz maraqlarına xidmət etmir.
Biz bəzi vəzifəsindən sui-istifadə edərək, yalnız öz cibini doyurmaqla məşğul olan, xidmətçisi olduğu xalqın xidmətindən yararlanıb özünə sərvət toplayan və haqqını yedikləri insanları insan yerinə qoymayan özbaşına məmurlar tərəfindən hüquqları tanınmayan vətəndaşların hüquqlarını həmin məmurlara, həmin məmurları isə xalqa, həmçinin onlara güvənib vəzifəyə təyin edən Prezidentə tanıtmaq üçün çalışırıq.

Yeri gəlmişkən bütün yayımladığımız məlumatlar faktlara əsaslanır. Söylədiklərimizin sübutu olan materiallar əlimizdədir, müəyyən qədərini də hər zaman izləyicilərimizin diqqətinə çatdırırıq.
Yuxarıda qeyd etdiyimiz hüquqları tanınmayan vətəndaşlar, vəzifəsindən yararlanıb, sakinlərin “dərisini soyan” səlahiyyət sahibləri çox təəsüf ki, hər yerdə var, eləcə də Samux rayonunda.

Demək, qohumları tərəfindən döyülüb, 4 uşaqla evdən qovulan Hüseynova Ülviyyə Telman qızı özü və həyat yoldaşı Hüseynov Mətləb Kamandar oğlu hər ikisi işsizdirlər. Yaşamağa evləri olmadığı üçün Gəncə şəhər, Atatürk prospekti ev 1. Mənzil 83 ünvanında, köhnə yataqxanada bir otaqda 4 uşaqla müvəqqəti sığınmışlar.
Ülviyyə xanım 4 azyaşlı övladını saxlamaq üçün sosial yardım almaq istəyir. Məlumdur ki, sosial yardımın öz qaydaları var, müəyyən sənədlər toplanıb təqdim edilir, bundan sonra o sənədlər əsasında yardım ayrılır, təbii ki, əgər tələb olunan kriteriyalar uyğundursa.
Ülviyyə xanımın Əsas problemi elə bu tələb olunan sənədləri toplamaqdır. Belə ki, yaşayış yerindən arayış vermək üçün ondan 30 manat rüşvət istəyən “damkom” dediyi komendant, xanımın qeydiyyatda olduğu Daşkəsən rayonunun Əmirvar kəndinin “sovet sədri” adlandırdıqları İcra nümayəndəsi, lazım olan sənədləri hazırlamaq üçün ondan bir quzu, 200 azn rüşvət istəyən Rüfət müəllim adlı şəxs səlahiyyətləri ilə yalnız öz maraqlarına xidmət edirlər.

Ülviyyə xanım onu da qeyd edir ki, “ümumiyyətlə hara müraciət edirəmsə məndən hər kağız üçün pul istəyirlər.”
Çarəsiz sakin yenə də üzünü Cənab Prezidentə tutaraq, kömək istəyir.
İnanırıq ki, cənab Prezident tezliklə məsələni kökündən həll etmək üçün gərəkli göstərişləri verəcəkdir.

P.S: Diqqətinizə çatdırırıq ki, Ülviyyə xanım Hüseynova Daşkəsən rayonunun Əmirvar kəndinin icra nümayəndəsi, Gəncə şəhər, Atatürk prospekti ev 1 ünvanının komendantı və Samux rayonunun Sərkar kəndinin adlarını çəkib. Yəni söhbət təkcə bir rayonda cərəyan edən karrupsiya hallarından getmir. Qeyd olunan faktlar adı çəkilən hər üç ünvanda müşahidə olunur.
Aşağıdakı videogörüntünü izləyərkən özünüz də ifadələrimizin sərt olma səbəblərini aydınca anlayacaqsınız.
Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Digər xəbərlər

Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Bakıdan kiyevlilərə 30 tondan çox humanitar yardım göndərildi
Distant təhsilin müddəti uzadıldı
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir
İlham Əliyev:  “Atəşkəsin bərpa edilməsi müzakirə mövzusu ola bilməz”
Bayden İlham Əliyevə məktub YAZDI
“Premium Clinic”də gizlədilən ölüm hadisəsi - İTTİHAM
Zakir Həsənov Türkiyənin milli müdafiə naziri və baş qərargah rəisinə təbrik məktubu ünvanlayıb
Qulu Məhərrəmli Mirşahini və telekanal rəhbərlərini debata çağırdı - VİDEO
Düşmən Zəngilan istiqamətində hücuma cəhd göstərdi: Canlı qüvvəsi məhv edildi
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
1 milyondan çox vətəndaşı yoluxsa da, maskadan imtinaya çağırdı
Partiya sədrindən Sahil Babayevə İTTİHAMLAR... - VİDEO
Ərdoğan: “ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi İraq və Suriyadan da çıxmalıdır...”
Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı azalıb
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
Yevlax rayon xəstəxanasında baş həkimin otağına yol tualetdən keçir
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Bakıda oğul və gəlin birləşib ananı döydülər
Azərbaycanda toyuna bir həftə qalmış qəzaya düşərək ölən oğlanın nişanlısı da vəfat etdi
Azərbaycanda günəş elektrik stansiyası tikiləcək
Bayılda polis bölməsi qarşısında adam bıçaqlandı — VİDEO
Prezident deputatı təltif etdi - FOTO
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Makiyajdan imtina edən dünya ulduzu tanınmaz halda - Fotolar
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
BU `MAHAL` KİMİNDİR BELƏ?.. - ETİRAZ
“Qarabağ” Qəbələyə getməkdən imtina etdi
Erməni tərəfi 3330 hərbçisinin öldüyünü təsdiqlədi
{sape_links}{sape_article}