Son dəqiqə
Ölkə
23-04-2021, 16:42
4 395
Səhiyyə nazirinin vəzifələrini müvəqqəti Teymur Musayev icra edəcək
Prezident İlham Əliyev Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.
Qeyd edək ki, Teymur Musayev Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri olub.
XəbərTv.info