Son dəqiqə
1-05-2021, 14:20
3322

Xarici diplomların tanınması üçün 4500 manat tələb olunur? (RƏSMİ AÇIQLAMA)

Xarici diplomların tanınması üçün 4500 manat tələb olunur? (RƏSMİ AÇIQLAMA)


Sosial şəbəkələrdə xaricdə təhsil alan şəxslərin diplomlarının Azərbaycanda nostrifikasiyası zamanı problemlə üzləşmələri ilə bağlı çoxlu şikayətlər var. İddia olunur ki, xaricdə dövlət universitetini bitirən şəxslərdən diplomun tanınması üçün 3000-4500 manata yaxın pul tələb olunur.

Eyni zamanda diplomların tanınması üçün tələb olunan dövlət rüsumunun artırıldığı da müzakirə mövzusudur. Xaricdə təhsil alan tələbələr bildirir ki, həmin rüsum həndəsi silsilə ilə artır. Belə ki, əvvəl 15 manat olan rüsum sonra 60 manat oldu, hazırda isə 250 manatdır.

Bəs bu fantastik artım nə ilə izah oluna bilər?

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlanıb. Cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilib:

"Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

Vətəndaşlar bu kimi hallarla rastlaşdıqları halda [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər”.

Dövlət rüsumunun məbləğinə gəlincə isə nazirlikdən bildirilib ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması dedikdə ali təhsilin hər hansı səviyyəsinə qəbul olmaq hüququnu yaradan, eləcə də ali təhsil pilləsi üzrə kvalifikasiya standartlarına uyğun olan kompetensiyaların (səriştələrin) və təlim (öyrənmə) nəticələrinin əldə edilməsi haqqında xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən təhsil haqqında sənədlərin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür və tanınma proseduru bir sıra mərhələlərdən keçir:

"Tanınma prosedurunun birinci mərhələsi müraciətlərin qəbulu mərhələsidir. Bu mərhələ elektron qaydada həyata keçirilir. Bu isə elektron informasiya sisteminin təkmilləşdirilməsi və onun müşayiət olunması xərclərinin maliyyələşdirilməsini tələb edir.

Tanınma prosedurunun ikinci mərhələsi müraciətlərin baxılması mərhələsidir. Tanınmanın növündən asılı olaraq müxtəlif xərclərin (beynəlxalq ekspertlərin cəlb olunmasını və həmin ekspertlər tərəfindən yerli ekspertlərə təlimlərin keçirilməsi imkanlarının yaradılması məqsədi ilə əlavə maliyyə ehtiyaclarının ödənilməsi, peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycanda mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə minimal səviyyədə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə sınaq yoxlamalarının təşkili xərclərinin ödənilməsi və s.) qarşılanması tələb olunur”.

Təhsil Nazirliyindən həmçinin bildirilib ki, nəzərə alınmalıdır ki, tanınma ilə bağlı xidmətlərin göstərilməsi Agentlik tərəfindən həyata keçirilir. Agentlik publik hüquqi şəxs statusunda fəaliyyət göstərdiyindən onun xərclərinin, əsasən də əmək haqqı xərclərinin toplanan xidmət haqları hesabına maliyyələşdirilməsi qanunvericiliklə nəzərdə tutulub.(qafqazinfo)

XəbərTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}