Son dəqiqə
8-05-2021, 11:45
21 004

Budəfəki 8 may: Azad Şuşa - TƏHLİL

Budəfəki 8 may: Azad Şuşa - TƏHLİL


1992-ci il mayın 8-də Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 29 il ötsə də, bu il bu tarix ilk dəfə işğal günü kimi qeyd olunmur, anılmır. Budəfəki 8 may bir başqadır. 29 ildən sonra 8 may tarixi ilk dəfə gözüyaşlı, qəm-qüssəli, kədərli, qisas hissi ilə qarşılanmır. Bu gün şuşalılar da, bütün azərbaycanlılar da, bütün türk, İslam aləmi də Şuşa həsrəti ilə yanmır. Çünki artıq Şuşa xəyal deyil, həsrət deyil, hüzn deyil.Çünki Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə Şuşanı doğmalarına, doğmalarını da Şuşaya qovuşdurub.

Şuşa Ermənistan tərəfindən işğal olunandan azad edildiyi günədək Azərbaycan xalqı bir gün də olsun, doğma Şuşasına qovuşacağına inamın itirmədi. Məhz bu inam sayəsində 29 il sonra öz doğma şəhərinə qovuşdu.

Ermənilər Şuşanı işğal edəndən sonra şəhərdəki tarixi-mədəni abidələri darmadağın edib, Azərbaycan-türk kimliyini silməyə çalışırdılar. Lakin Azərbaycan xalqı heç vaxt işğalla barışmadı, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu, bununla da Azərbaycan siyasi, hərbi və mənəvi qələbəsini qazandı.

Şuşanın azad edilməsi həm də müharibənin və münaqişənin taleyinə ciddi təsir göstərdi, Şuşa azad edilən anda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Şuşanın işğalçılardan azad edilməsi dünya hərb tarixində unikal əməliyyatlar siyahısına düşüb. Azərbaycan əsgəri dağlar, dərələr, meşələr keçərək, onlarla kilometr yolu piyada qət edib, müqəddəs şəhərini dişinə qədər silahlanmış düşməndən texnikasız, yüngül silahlarla, süngü-bıçaqla qurtarıb. İndi qabaqcıl ölkələrin hərbi akademiyaları təkcə Şuşanın azad edilməsini deyil, bütünlükdə 44 günlük “Dəmir yumruq” əməliyyatını öyrənir. Azərbaycanın Qarabağın işğaldan azad etməsi ilə nəticələnmiş yeni nəsil müharibə strategiya və taktikası artıq nümunəyə çevrilib, hərbi məktəblər, akademiyalar bu müharibənin nəticələrindən bəhrələnir.

Azərbaycan unikallığını təkcə hərbi əməliyyatlarda deyil, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasında da nümayiş etdirir.

Bu gün Şuşa şəhərinin də sürətli bərpasına başlanılıb. Bərpa işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Prezident İlham Əliyev bu məsələni şəxsi nəzarətində saxlayır. Təsadüfü deyil ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib.

Şuşa Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malikdir. Odur ki, Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Hələ ötən əsrin 70-ci illərində Şuşaya səfər edən xarici jurnalistlər bu şəhərin abidələr məskəni olduğunu bildirirdilər. Şuşa şəhərinə Prezident Heydər Əliyev də böyük önəm verirdi. Heydər Əliyev dəfələrlə bəyan etmişdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Prezident, Ali Baş Komandan İlham Əliyev də Vətən müharibəsinin gedişində bəyan etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olardı. Bu bəyanatlar Azərbaycanın Şuşanın işğalı ilə barışmayacağının əsas göstəricisi idi.

Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarına görə ciddi şəkildə fərqlənir. Şuşa, sadəcə, coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil, eyni zamanda mədəniyyətin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir şəhərdir.

Daha bir mühüm məqam kimi qeyd olunmalıdır ki, Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında mayın 7-də sərəncam imzaladı.

XVIII əsrin ikinci yarısından başlayaraq Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa bundan sonra ölkəmizin mədəniyyət paytaxtı adını daşıyacaq.

Dövlət başçısı sərəncamında qeyd edib ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə bu addımı atıb.

Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşanın mədəniyyət mərkəzi elan edilməsi strateji baxımdan da böyük önəmə malikdir.

Bu gün Azərbaycan artıq 8 mayı işğal günü kimi qeyd eləmir. 1992-ci ildən ötən dövr bu illər ərzində mayın 8-i Azərbaycan üçün başqa məna daşıyır. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa bu gün azaddır! Biz Şuşaya qayıtmışıq! Biz Şuşanı dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ Azərbaycandır!(apa.az)

XəbərTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}