Son dəqiqə
20-05-2021, 11:32
2844

“Axtarışda olan adam Türkanda torpaq alıb satır, hər kəsə meydan oxuyur”



"Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 91 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayevanın sağ olduqları halda, ölmüş kimi sənədləşdirilib hər birinin 25 sot torpaq sahəsinin özlərindən xəbərsiz satılması ilə əlaqədar axtarışda olan Qərib Nadirov qəsəbədə sərbəst gəzib dolaşır”.

Bu haqda redaksiyamıza Türkan sakinləri məlumat verib. Sakinlər bildirir ki, Qərib Nadirov yenə də öz işi ilə məşğuldur, Türkanda torpaq alıb-satır: “O, qəsəbə ərazisində qara rəngli, ”Mersedes" markalı, Az 99 SS 744 nömrə nişanlı avtomobildə sərbəst gəzib dolaşır. Qəsəbə sakinlərinə isə tezliklə barəsindəki axtarış işinin ləğv ediləcəyini, bu iş üzrə həbs olunan digər şəxslərin isə məhkəmədən azad olunacaqlarını deyir. 91 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayevanın torpaqlarının cinayət yolu ilə ələ keçirilməsinə görə 5 nəfərin haqqında cinayət işi baxılması üçün aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qərib Nadirov və Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev isə axtarışa verilib.

Hakim önünə çıxarılacaq 5 nəfərdən də yalnız ikisi həbsdədir - Çingiz Səfərov və Xəzər rayonunun icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev. Digər 3 nəfərdən Daşqın Nəsirov dekabrda həbs olunsa da, martda ev dustaqlığına buraxılıb. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Nəsirovun ev dustaqlığına buraxılmasına əsas kimi onun səhhətində problemlər olması göstərilib. Daha iki təqsirləndirilən isə Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini olmuş Eldar Mirzəyevdir. İstintaq dövründə onların barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

Axtarışda olanlara gəlincə, bunlar Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və qəsəbədə torpaq alqı-satqısı ilə məşğul olmuş Qərib Nadirovdur. Axtarışda olduqlarına görə cinayət işi məhkəməyə göndəriləndə onların haqqında iş ayrılıb və Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar davam etdirilir. İttihama görə, torpaq alqı-satqısı ilə məşğul olan Səfərov, Nadirov və Nəsirovun təhriki ilə icra başçısının sabiq nümayəndəsi və bələdiyyə sədri, eləcə də Dövlət Reyestr Xidmətinin vəzifəliləri əlbir olub. Nəticədə Türkan qəsəbəsində dəniz sahilində yerləşən Atayeva və Şabanovaya məxsus ümumilikdə 1.12 hektar torpaq sahəsi saxta sənədlərlə qanunsuz satılıb. İstintaq saxta sənədlərlə satılmış torpaq sahələrini 190 min manat dəyərləndirib. Torpaq sahələrinin real bazar qiyməti isə bu məbləği dəfələrlə üstələyir".

Zərərçəkənlər torpaq sahələrinin onlara qaytarılmasını tələb edirlər. Təqsirləndirilən şəxslərə qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu ilin martında Türkan qəsəbə sakini Natiq Məhəmmədsoy da həbs olunub. O, qanunsuz silah saxlama və narkotik satışında suçlanır. 55-yaşlı Məhəmmədsoy isə ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir. O, barəsində həbs qərarı verilərkən məhkəmədə deyib ki, qəsəbə sakinləri Atayeva və Şabanovaya vəkil tapmaqda, dövlət orqanlarına şikayətlərdə yardım etdiyinə görə saxta ittihamla cəzalandırılıb. Atayeva və Şabanova da Məhəmmədsoyun günahsız olduğunu, onlara yardım etdiyinə görə şərləndiyini iddia edir.
“Yeni Müsavat”

XəbərTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}