Son dəqiqə
24-05-2021, 21:17
2784

"Korrupsiya idarəsi Şabran xəstəxanasında əməliyyat keçirsin" - VİDEO



Şabran rayon sakini, yataq xəstəsi olan Rəhim Ramazan oğlu Nəzirovun yaxınları Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçılarını Şabran xəstəxanasında əməliyyat keçirməyə dəvət ediblər.

Onlar HİT.Az-a ünvanladıqları şikayətdə yazırlar ki, 3 uşaq atası olan 60 yaşlı Rəhim Ramazan oğlu Nəzirov təxminən 2 il əvvəl infarkt keçirib. Ondan sonra danışıq qabiliyyətini itirib, sağ qolu və sağ ayağı iflic olub. Sərbəst hərəkət imkanını itirib. Bu xəstəliyi müalicə etdiyi bir vaxtda prostatında xərçəng əmələ gəlib. Əməliyyat olunub və yataq xəstəsinə çevrilib. Onun yaxınları xəstəxana sənədləri ilə Şabran rayon xəstəxanasına müraciət ediblər. Bundan sonra yataq xəstəsinə 2-ci qrup əlil statusu verilib. Müvafiq olaraq 135 manat pensiya kəsilib.
Xəstə yaxınlarının sözlərinə görə, 2 ilə yaxındır ki, Rəhim Ramazan oğlu Nəzirova 1-ci qrup əlil statusunun verilməsi üçün müvafiq dövlət qurumlarına, əsasən də Şabran rayon Xəstəxanasının nevropatoloqu Azad Həsənova müraciət edirlər, ancaq nəticə olmur. Azad Həsənov nə onları qəbul edir, nə də ki, xəstəyə təyinatı üzrə dərmanları verir: “Əlil arabasında xəstəxanaya aparırıq ki, dərmanları versinlər. Saatlarla gözlədir, sonda da “gedin, sabah gəlin” ismarıcını göndərir. Bizə eşitdirirlər ki, Azad Həsənova “hörmət” etməmişik deyə bu cür münasibətlə qarşılaşırıq. 4 min manat verəcəyimiz halda problemin tez bir zamanda həllini tapacağını deyirlər. Deyirlər ki, “hörmət” edənlərin sənədləri tez bir zamanda hazırlanır, uyğun qrup verilir. Bizim xəstəyə 1-ci qrupun verilməməsi də bu səbəbdən baş tutmur. Çunki “hörmət” eləmirik...”



XəbərTv.info

Digər xəbərlər

Diplomatik nümayəndələrin səfər etdiyi Tərtər ərazisi atəşə tutuldu
“Taliban” ABŞ-ı hədələdi: “31 avqusta qədər getməsələr, bunun nəticələri ilə üzləşəcəklər”
“Azərsu” əməkdaşı iş yerində intihar etdi
Azərbaycandan külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edildi
Tətil günlərində 16 nəfər yol qəzasında həlak olub
Düşmənin iki ədəd “Qrad”ı məhv edilib - VİDEO
Bir mənzili 2 nəfərə satan iş adamı həbs edildi
Sumqayıtda kişi arvadını yatdığı yerdə boğub - TƏFƏRRÜAT
Tikinti baronu Məhərrəmin kürəkəni 4 nəfəri öldürdü, ardınca arvadı Novxanıda ağır qəza törətdi
Yeniyetmə atasını öldürüb zirzəmidə gizlətdi
Belarusda etiraz aksiyaları davam edir
“Fənərbaxça” öz meydanında "Beşiktaş"a məğlub oldu: Yeddi qol
Hollandiyadan gələn azərbaycanlı qız canlı yayımda Kəlimeyi-şəhadət gətirərək müsəlman oldu — VİDEO
Azərbaycanda 20-yə yaxın rayonda qaz kəsintisi ilə bağlı “Azəriqaz”dan AÇIQLAMA
Komitə sədrinin müavini: “Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir”
Dağlıq Qarabağda atəşkəsə riayət edilir? - AÇIQLAMA
Ermənistan və erməni xalqı bundan faydalanacaq - Çavuşoğlu
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azərbaycanı tənqid edən mühacir təlimatları Ramiz  Mehdiyevdən alırdı
Səhliyalı MMC niyə vergini ödəyə bilmir: Yardım paketi yoxsa devalvasiya...
Təhsil Nazirliyi: Pandemiyadan qorxub uşağını məktəbə göndərməyən valideynlərlə razılaşma protokolu imzalanacaq
“Bilmirəm bundan sonra hansı işlə məşğul olacam” - Viktor Qasımov
SON DƏQİQƏ: Türkiyədən qorxulu xəbərlər gəlir - İnsanlar küçələrə axışdı
Erməni ombudsman növbəti dəfə sərsəmlədi
MSK sədri parlament seçkilərində iştirak etmək istəyən şəxslərə müraciət edib
Gəncədə evi dağılan sakinlər harada qalır?
Şamaxıda zəlzələ olub
Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
Sabah 27 dərəcə isti olacaq
Daha bir əsgərimiz minaya düşərək şəhid oldu
{sape_links}{sape_article}