Son dəqiqə
Dünya
21-07-2021, 18:58
2383
Rusiyada "Aİ-95" benzininin birja qiyməti rekord həddə çatıb
Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında "Aİ-95" markalı benzinin dəyəri 2020-ci ilin tarixi rekordunu yeniləyib.
XəbərTv.info bildirir ki, “Aİ-95”-in qiyməti Rusiyanın Avropa hissəsinin ərazi indeksinə əsasən sutka ərazində 0,59 % artaraq bir ton üçün 59 849 rubl təşkil edib. Bununla da ötən ilin iyulunda 59 784 rubl səviyyəsində qeydə alınan rekord yenilənib.